• Bazar ertəsi , 26 İyun 2017
Allahdan qeyrisinə dua etmək

Allahdan qeyrisinə dua etmək

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allahdan qeyrisini çağırmaq, yəni Allahdan qeyrisinə dua etmək, icma ilə böyük şirkdir və sahibini əbədiyyən Cəhənnəmə varid edir. Çünki Uca Allah Ona şərik qoşanı bağışlamayacağını vəd vermişdir.

Allahdan qeyrisinə dua etməyin şirk olması haqqında Uca Allah buyurur:

قُلْ أَرَأَيْتَكُمْ إِنْ أَتَاكُمْ عَذَابُ اللَّهِ أَوْ أَتَتْكُمُ السَّاعَةُ أَغَيْرَ اللَّهِ تَدْعُونَ إِنْ كُنْتُمْ صَادِقِينَ
بَلْ إِيَّاهُ تَدْعُونَ فَيَكْشِفُ مَا تَدْعُونَ إِلَيْهِ إِنْ شَاءَ وَتَنْسَوْنَ مَا تُشْرِكُونَ

De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlasa, Allahdan başqasınımı çağıracaqsınız?” Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.

Başqa ayədə Allah təala buyurur ki:

وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ

Kim Allahla yanaşı, heç bir dəlili olmadığı halda başqa bir məbudu çağırarsa onun cəzasını Allah təala Özü verəcək Şübhəsiz ki, kafirlər nicat tapmazlar!

Başqa ayədə Allah təala buyurur:

إِنْ تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ

Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara şərik qoşduğunuzu danacaqlar.

Başqa ayədə Allah təala buyurur:

لَهُ دَعْوَةُ الْحَقِّ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ

Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağzına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovuclayıb içməyincə su onun ağzına çatan deyildir. Həqiqətən kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir.

Başqa ayədə Allah təala buyurur:

قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا

De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”

Başqa ayədə Allah təala buyurur:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Allahı çağırırlar. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də Ona şərik qoşurlar.
Və başqa bu kimi ayələr açıq aydın dəlalət edir ki, Allahdan qeyrisini çağırmaq şirkdir.

Və şəkk yoxdur ki, dua -ən əzəmətli ibadətdir.
Duanın ibadət olmasına dəlil məs: Allah təala buyurur:

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَى أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا
فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ

Mən sizi və Allahdan başqa çağırdıqlarınızı tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım. İbrahim elə ki onları və onların Allahdan başqa ibadət etdiklərini tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik.

Diqqət edin, əvvəldə dua sonra isə ibadət adlandırdı və bu da dəlildir ki, dua ibadətdir.
Başqa bir ayə Allah təala buyurur:

وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ
وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən şeyləri çağıran kimsədən daha çox azmış kim ola bilər? Halbuki onlar onların dualarından xəbərsizdir. İnsanlar bir yerə toplanılacaqları zaman Allahdan qeyri çağırdıqları onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.
Bu ayələr duanın ibadət olmasına açıq-aydın dəlildir.

Həmçinin İmam Əhmədin Musnədində keçən rəvayətdə Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur:

الدُّعَاءُ هُوَ الْعِبَادَةُ

Dua ibadətdir.
Və sonra Allah təalanın bu sözünü oxuyur:

وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ

Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.

Bu ayə və hədis dəlildir ki, dua ibadətdir.
Alimlər Peyğəmbərin bu hədisini şərh edərək bildirir ki, dua – ən əfzəl ibadətdir.
Həmçinin Həkimin həsən isnadla qeyd etdiyi rəvayətdə İbn Abbas (radıyAllahu anhu) buyurur:

أَفْضَلُ الْعِبَادَةِ هُوَ الدُّعَاءُ ، وَقَرَأَ :
{وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ ، إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ}

Ən fəzilətli ibadət duadır və bu ayəni oxuyur:
{ Rəbbiniz dedi: “Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.}

Duanın ibadət olması bəlli oldu. Əgər bir şeyin ibadət olması bəlli olandan sonra, onu Allahdan qeyrisinə yönləndirmək artıq böyük şirkdir.
Əgər bir kəs saleh bir insanın qəbrinə gəlib “Ey filankəs mənim üçün Allahdan bağışlanma və ya hər hansısa bir ehtiyacının ödənilməsi istə”-deyirsə, Allahdan qeyrisini çağırmaqla şirk etmiş olur.
Allahdan qeyrisinə dua etməyin şirk olduğuna dair Uca Allah buyurur:

فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ

Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona dua edirlər.
Baxın, Allah təala duanı din adlandırır. Həmçinin, bu ayə müxaliflərə açıq-aşkar bir dəlildir. O müxaliflər ki, onlar “müşriklər duada şirkə düşməmişdir!”- iddiasındadırlar. Halbuki, müşriklərin ən dəhşətli şirki saleh insanları çağırmaqda idi. Baxın, Allah təala bu ayənin sonunda buyurur:

فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ

Allah onları xilas edib quruya çıxaran kimi, yenə də onlar Allaha şərik qoşurlar.
Bu ayədə Uca Allah bildirir ki, onlar gəmidə olduqda Allahı çağırır, gəmidən düşdükdə isə başqasını çağırırlar. Uca Allah isə bunu şirk adlandırır.

Həmçinin Uca Allah buyurur:

فَلَا تَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ فَتَكُونَ مِنَ الْمُعَذَّبِينَ

Allahla yanaşı başqa bir ilahı çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan.
Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

مَنْ مَاتَ وَهْوَ يَدْعُو مِنْ دُونِ اللهِ نِدًّا دَخَلَ النَّا

Kim Allahdan qeyrisini çağıraraq ölsə cəhənnəmə daxil olacaqdır.

Əgər bir insan övliyanın qəbrinə gedib, “Ey filankəs mənə Allah yanında şəfaətçi ol” –deyərsə, Allahdan qeyrisini çağırmaqla muşrik olar. Yəni, çağırdığının kimliyindən asılı olmayaraq, istər Peyğəmbər olsun, istər saleh və mələk olsun, fərq etməz.

Çünki Allah təala buyurur:

وَلَا تَدْعُ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ

Allahdan başqa, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənləri çağırma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.
Diqqət edin, Allah təala buyurur ki:

مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ

Sənə nə bir fayda, nə də bir zərər verə bilməyənləri
Burada “مَا” kəliməsi ümumiliyi bildirir və bu vəsf Allahdan başqa hamıya aiddir. Yəni, həqiqətdə Allahdan başqa nə bir fayda verən, nə də bir zərər verən vardır.
Həmçinin, bu ayə həmin muşriklərə dəlildir ki, onlar iddia edir ki, Peyğəmbərdən və ya hər hansısa bir övliyadan şəfaət tələb etmək şirk deyildir.
Həmçinin, bidət əhli şübhə gətirir ki, şirk yalnız bütlərdən,daşlardan və ya ağaclardan istədikdə olur. Bu rafizilərin gətirdikləri ən məşhur şübhələrdən biridir. Ümumən, onlara fikir versək, görərik ki, onlarda xüsusi şəfaət duası da vardır: “Ya Huseyn işfə lənə indəllah”. Onlar bu cür dua etməyi müstəhəb sayırlar.

Onlara cavab olaraq Allah təala buyurur:

وَمَنْ أَضَلُّ مِمَّنْ يَدْعُو مِنْ دُونِ اللَّهِ مَنْ لَا يَسْتَجِيبُ لَهُ إِلَى يَوْمِ الْقِيَامَةِ وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ

Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən çağırandan daha çox azmış kim ola bilər? Halbuki onlar o dualardan xəbərsizdilər.
Burada Allah təala “مَنْ لَا يَسْتَجِيبُ لَهُ” dedi. مَنْ kəlməsi isə necə ki, lüğət alimləri deyir, yalnız ağlı olana istifadə olunur. Başqaları isə deyir ki, “مَنْ” elmi olana deyilir. Demək, burada söhbət ölülərdən gedir. Yəni daş, ağac, büt ola bilməz.

Həmçinin Allah təala buyurdu ki:

وَهُمْ عَنْ دُعَائِهِمْ غَافِلُونَ

– Halbuki onlar o dualardan xəbərsizdilər.
Və bu da dəlildir ki, söhbət ölülərdən gedir, yəni bu söz ölülərə layiqdir, yəni onlar qafildilər.
Həmçinin Allah təala buyurur:

وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاءً وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ

İnsanlar bir yerə toplanılacaqları zaman Allahdan qeyri çağırdıqları onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər.
Bu da, peyğəmbərlərə və salehlərə aiddir. Qiyamət günü onlar qalxarkən, onlara ibadət edənlərdən uzaq olacaqlar və şərik qoşduqlarını inkar edəcəklər. Məhz bu ayələr dəlildir ki, burada ümumi vəsf edilir və Allahdan başqa hamıya şamil edilir. Yəni, Quran və Sünnə də, bircə dəlil yoxdur ki, daşlardan və ya aöğaclardan istəmək olmaz, lakin övliyalardan istəmək olar.

Həmçinin, bu ayənin faydalarından budur ki, Allahdan qeyrisinə dua etmək şirkdir. Allah təala sonda buyurur:

فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ

Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.
Burada zülm şirkdir. Allah təala buyurur ki:

إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ

Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!
Başqa ayədə Allah təala buyurur:

وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

Kafirlər isə zalımdırlar.
Ona görə Allah təala deyir ki, “Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.”
Və sonra Allah təala buyurur:

وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ وَإِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ

Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz.

Bu da o deməkdir ki, bütün işlər Allahın əlindədir. Çünki ağlın tələb etdiyi odur ki, çağırılan kəs, sənin istədiyin şeyi etməyə qadir olmalıdır. Əgər bu belə deyilsə, onda filankəsi çağırmağın nə faydası var axı? Yəni, bir nəfər dua edərək söyləsə ki: “Ey Allahın Rəsulu Allahdan istə ki, məni bağışlasın”. Demək, bu adam Peyğəmbərin ona kömək edə biləcəyinə etiqad edir, əks halda bunu deməyin mənası yoxdur. Çünki “Dua- xeyri tələb etmək və ya zərəri aradan qaldırmağı tələb etmək” deməkdir. Buna isə qadir olan yalnız Allah təaladır.

Və bir mühüm məqamı da qeyd edim ki, ölüdən nə isə istəmək ilə şəfaət istəmək arasında heç bir fərq yoxdur. Yəni, bir insan Peyğəmbərin qəbrinin yanına gəlib, desə ki, “Ya Muhamməd udullaha li” yəni “Ey Muhamməd mənim üçün Allaha dua et”
Digəri isə gəlib desə ki, “Ya Muhamməd İşfa li indəllah” Ey Muhamməd mənə Allah yanında şəfaətçi ol.

Bu ikisinin arasında heç bir fərq yoxdur. Çünki mahiyyət dəyişmir, ikisi də duadır və Allahdan qeyrisini çağırmaqdır.
Şübhələrdən biri də budur ki, mən bunu evdə etdikdə bu şirk olar, lakin mən bunu qəbrin yanında edirəm deyə bu caizdir, yaxud bidərdir, yaxud kiçik şirkdir. Yəni, əsas odur ki, böyük şirk deyil!

Şeyxul İslam ibn Teymiyyə bu iki şübhənin ikisini də batil edir. Və bildirir ki, bu iki şübhə də heç bir mahiyyət dəyişmir:
Müşriklər deyirlər ki:

إنَّا نَسْتَشْفِعُ بِهِمْ

Biz onlarla şəfaət tələb edirik.

أَيْ نَطْلُبُ مِنْ الْمَلَائِكَةِ وَالْأَنْبِيَاءِ أَنْ يَشْفَعُوا

Mələklərdən və Peyğəmbərlərdən bizə şəfaətçi olmaqlarını istəyirik.

فَإِذَا أَتَيْنَا قَبْرَ أَحَدِهِمْ طَلَبْنَا مِنْهُ أَنْ يَشْفَعَ لَنَا

Onların birinin qəbrlərinin yanına gəldikdə ondan tələb edirik ki, bizə şəfaətçilik etsinlər.

Və sonra buyurur:

فَإِذَا صَوَّرْنَا تِمْثَالَهُ – وَالتَّمَاثِيلُ إمَّا مُجَسَّدَةٌ وَإِمَّا تَمَاثِيلُ مُصَوَّرَةٌ كَمَا يُصَوِّرُهَا النَّصَارَى فِي كَنَائِسِهِمْ

– Əgər misillərini, yəni oxşarlarını şəkilləşdirsək-Şəkilləşdirmək ya cəsədli şəkildə olur və ya şəkil formasında necə ki, bunu nəsranilər öz kilsələrində edirlər.


قَالُوا : فَمَقْصُودُنَا بِهَذِهِ التَّمَاثِيلِ تَذَكُّرُ أَصْحَابِهَا وَسِيَرِهِمْ وَنَحْنُ نُخَاطِبُ هَذِهِ التَّمَاثِيلَ وَمَقْصُودُنَا خِطَابُ أَصْحَابِهَا لِيَشْفَعُوا لَنَا إلَى اللَّهِ .

Demək, belə edənlər deyirlər ki, bizim salehlərin və ya övliyaların şəkillərini və sürətlərini çəkməyimizdə məqsəd o insanı xatırlamaqdır. Və biz düzəltdiyimiz şəkillərə xitab edirik və xitabda məqsədimiz sahibinə xitab etməkdir.

Və sonra şeyx sözünə davam edərək buyurur:

فَيَقُولُ أَحَدُهُمْ :

Məsələn o xitab edənlərdən biri belə deyir:

يَا سَيِّدِي فُلَانٌ أَوْ يَا سَيِّدِي جرجس أَوْ مَرْيَمُ أَوْ يَا سَيِّدِي الْخَلِيلُ أَوْ مُوسَى بْنَ عِمْرَانَ أَوْ غَيْرَ ذَلِكَ اشْفَعْ لِي إلَى رَبِّك

Ey mənim seyyidim filankəs və ya ey Məryəm və ya ey mənim ağam Musa ibn İmran və ya başqaları mənə şəfaətçilik et.

Və sonra buyurur:

وَقَدْ يُخَاطِبُونَ الْمَيِّتَ عِنْدَ قَبْرِهِ :

Bəzən isə qəbrin yanında ölüyə xitab edirlər
سَلْ لِي رَبَّك .
Rəbbindən mənim üçün istə

أَوْ يُخَاطِبُونَ الْحَيَّ وَهُوَ غَائِبٌ كَمَا يُخَاطِبُونَهُ لَوْ كَانَ حَاضِرًا حَيًّا وَيُنْشِدُونَ قَصَائِدَ

Və ya diri olan insanı qeybdə ikən çağırırlar. Məs: Sağdı və lakin İspaniyadadır və səndə Azərbaycandasan və elə xitab edirsən ki sankı yanındadır.

يَقُولُ أَحَدُهُمْ فِيهَا :

Misal üçün deyirsən ki:

يَا سَيِّدِي فُلَانٌ أَنَا فِي حَسَبِك أَنَا فِي جِوَارِك اشْفَعْ لِي إلَى اللَّهِ سَلْ اللَّهَ لَنَا أَنْ يَنْصُرَنَا عَلَى عَدُوِّنَا سَلْ اللَّهَ أَنْ يَكْشِفَ عَنَّا هَذِهِ الشِّدَّةَ أَشْكُو إلَيْك كَذَا وَكَذَا فَسَلْ اللَّهَ أَنْ يَكْشِفَ هَذِهِ الْكُرْبَةَ .

Ey seyyidim filankəs mən sənin qarşındayam, qulluğundayam mənə şəfaətçilik et. Allahdan istə ki bizə düşmənlərimizə qalib gəlməyə kömək olsun. Və ya bizdən bu çətinliyi qaldırsın və ya bu kimi şeylər.

أَوْ يَقُولُ أَحَدُهُمْ :

Və ya deyir ki:

سَلْ اللَّهَ أَنْ يَغْفِرَ لِي .

Allahdan istə ki məni bağışlasın.

Bunlar Şeyxul İslam ibn Teymiyyənin sözləridir. Yəni, şeyx bu məsələni əvvəlindən axırına kimi izah edir, hətta şübhə qalmasın.

Və sonra buyurur:

وَمِنْهُمْ مَنْ يَتَأَوَّلُ قَوْله تَعَالَى { وَلَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } وَيَقُولُونَ :

Bəziləri isə Allah təalanın bu sözünü Nisa sürəsinin 64-cü ayəsini “Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər.” təvil edərək belə deyirlər:

إذَا طَلَبْنَا مِنْهُ الِاسْتِغْفَارَ بَعْدَ مَوْتِهِ كُنَّا بِمَنْزِلَةِ الَّذِينَ طَلَبُوا الِاسْتِغْفَارَ مِنْ الصَّحَابَةِ

Biz, Peyğəmbər öləndən sonra ondan istiğfar tələb etməyimiz ilə, Peyğəmbərin sağlığında səhabələrin ondan istiğfar tələb etməkləri mənzilində olarıq. Yəni eyni olar. Yəni sağlığında olardısa, öləndən sonra da olar.

Bax bu şübhədir, ona görə Şeyxul islam da buyurur ki, bəziləri bu ayəni bu cür təvil edib.

Və Şeyxul İslam buyurur:

وَيُخَالِفُونَ بِذَلِكَ إجْمَاعَ الصَّحَابَةِ وَالتَّابِعِينَ لَهُمْ بِإِحْسَانِ وَسَائِرَ الْمُسْلِمِينَ

Onlar belə etməklə səhabələrin, tabiinlərin və digər müsəlmanların icmasına müxalif olurlar.

فَإِنَّ أَحَدًا مِنْهُمْ لَمْ يَطْلُبْ مِنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ مَوْتِهِ أَنْ يَشْفَعَ لَهُ وَلَا سَأَلَهُ شَيْئًا وَلَا ذَكَرَ ذَلِكَ أَحَدٌ مِنْ أَئِمَّةِ الْمُسْلِمِينَ فِي كُتُبِهِمْ

Heç bir səhabə Peyğəmbər öləndən sonra ondan nə şəfaət nə də başqa nə isə istəməmişdir. Həmçinin bunu İmamlardan biri də olsun belə öz kitablarında zikr etməmişdir.

وَإِنَّمَا ذَكَرَ ذَلِكَ مَنْ ذَكَرَهُ مِنْ مُتَأَخِّرِي الْفُقَهَاءِ وَحَكَوْا حِكَايَةً مَكْذُوبَةً عَلَى مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ سَيَأْتِي ذِكْرُهَا وَبَسْطُ الْكَلَامِ عَلَيْهَا إنْ شَاءَ اللَّهُ تَعَالَى .

Sadəcə olaraq bunu bəzi fəqihlər zikr edib və imam Məlikin adından yalan olaraq hekayə uydurublar. Yəni İmam Məlikə böhtan atıblar.

Şeyxul islam sözünə davam edərək buyurur:

فَهَذِهِ الْأَنْوَاعُ مِنْ خِطَابِ الْمَلَائِكَةِ وَالْأَنْبِيَاءِ وَالصَّالِحِينَ بَعْدَ مَوْتِهِمْ عِنْدَ قُبُورِهِمْ وَفِي مَغِيبِهِمْ وَخِطَابِ تَمَاثِيلِهِمْ هُوَ مِنْ أَعْظَمِ أَنْوَاعِ الشِّرْكِ الْمَوْجُودِ فِي الْمُشْرِكِينَ

Xitabın yuxarıda keçən növləri Mələklərə, Peyğəmbərlərə, salehlərə ölümündən sonra qəbirlərinin yanında və ya diri olub lakin qeybdə olduqda və ya düzəldilmiş şəkillərə xitab etmək

أَعْظَمِ أَنْوَاعِ الشِّرْكِ الْمَوْجُودِ فِي الْمُشْرِكِينَ

Muşriklərdə mövcud olan ən dəhşətli şirkiydi.

Şeyxul İslam başqa yerdə buyurur:

هو عين الشرك من الرغبة إليهم ، سواء طلب منهم قضاء الحاجات وتفريج الكربات ، أو طلب منهم أن يطلبوا ذلك من اللـه”

Bu şirkin özüdür. İstər ondan ehtiyacının ödənilməsini istəsin və ondan tələb etsin ki, o Allahdan istəsin.

Bəzi kəslər şeyxul İsləm İbn Teymiyyənin buna bidət və ya haram dediyini iddia edir. Bəli, ola bilsin ki, İbn Teymiyyə və digərləri buna haram və bidət desin, çünki bu həqiqətən də haram və bidətdir. Lakib onun haram və bidət olması, böyük şirk olmasına maneə deyildir!

Necə ki, Şeyxul İslam İbn Teymiyyə “İqtida siratul Mustaqim”-kitabında buyurur:

أما السجود لغير الله وعبادته فهو محرم في الدين

Allahdan qerisinə ibadət və ya səcdə etmək dində haram olan bir şeydir.

Məgər Şeyxul İslamın, Allahdan qeyrisinə ibadət və ya səcdə etməyi haram sayması, o deməkdir ki, Allahdan qeyrisinə səcdə və ya ibadət etmək şirk deyil?

Bəziləri isə iddia edir ki, bunun şirk olduğunu yalnız Muhəmməd ibn AbdulVahhab və ondan sonra gələn Nəcd alimləri söyləmişdir. Bu iddianın da yalan olduğunu yuxarıda qeyd etdiyimiz ayə və hədislər ilə isbat etdik.

Şeyx Muhamməd ibn AbdulVahhab “Nəvaqidul İslam”-kitabında, islamı pozan ikinci məsələni gətirərək buyurur:

من جعل بينه وبين الله وسائط يدعوهم ويسألهم الشفاعة ويتوكل عليهم كفر إجماعآ

Kim özü ilə Allah arasında bir vasitəçi tutarsa, ona dua edib şəfaət tələb edərsə və onlara təvəkkül edərsə icma ilə küfr etmişdir. (Yən, icmadır ki, insan İslamdan çıxır.)

Baxın, bu icma bütün müsəlmanların icmasıdır, hər hansısa bir şəxsin rəyi deyil.

Həmçinin, əgər Muhamməd İbn AbdulVahhabın bu sözü xəta olsa idi, ondan sonra yaşamış və onun bu kitabını şərh etmiş alimlər, şeyxin bu sözlərinin xəta olduğunu bəyan edərdilər.

Əslində isə, bu şeyx Muhəmməd ibn AbdulVahhabın öz sözü deyil, bu Aləmlərin Rəbii olan Allah subhənəhu və təalənin sözüdür və bütün müsəlmanlar ittifaq etmişdir ki, Allahdan qeyrisini çağırmaq şirkdir.

Müxaliflərə sual verib soruşduqda: “Əgər bu cür dua etmək şirk deyilsə, yəni bu cür dua ilə şirkə düşmək mümkün deyilsə, o zaman dua da şirkə düşmək necə olur?”

Müxaliflər bu cür cavab verirlər: “İnsan duada şirkə bir-başa həmin kəsin özündən istədikdə düşür.”
Buna cavab olaraq deyirik ki, Məgər, bu günə kimi muşriklər bir-başa həmin kəsin özündənmi istəyiblər? Əlbəttə ki, xeyr! Peyğəmbər (sallAllahu aleyhi və səlləm) dönəmində də muşriklər bir-başa deyil, vasitə ilə istəyirdilər. Necə ki, Uca Allah buyurur:

{ وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لا يَضُرُّهُمْ وَلا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَؤُلاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلا فِي الأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ}

Muşriklər deyirdilər ki onlar Allah yanında bizim şəfaətçilərimizdir. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

Məhz indi istəyənlər də bu cür edir. Lakin onlara “Siz muşriksiz” dedikdə, onlar bu cür cavab verirlər: “Xeyr, axı biz etiqad edirik ki, o özü müstəqil şəkildə vermir, biz etiqad edirik ki, dirildən də, öldürən də, ruzi verən də, yerləri və göyləri yaradan da Uca Allahdır. “

Onlara cavab olaraq deyirik ki, məgər öncəki müşriklər bu cür söyləmirdilərmi?

Uca Allah buyurur:

قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللَّهُ

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara, gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? Bütün işləri idarə edən kimdir?” Onlar deyəcəklər: “Allah!”

Onlar da bu cür deyirdilər. Bəs nə üçün onlar müşrik oldular? Çünki, Allaha vasitə ilə yaxınlaşırdılar.

Allah təala buyurur:

مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى

Biz yalnız Allaha yaxınlaşmaq üçün edirik.

Şeyx Abdurrahmən əs-Səadi (rahiməhullah) “Kitəbut Təuhid”in şərhində buyurur:

ولا فرق في هذا بين أن يعتقد الفاعل لذلك أنهم مستقلون في تحصيل مطالبه ، أو متوسطون إلى الله ،

Burada heç bir fərq yoxdur. İstər bunu edən adam etiqad etsin ki, onlar müstəqil şəkildə verir və ya vasitəçilik edir. Burada heç bir fərq yoxdur.

Sonra buyurur:

من زعم ذلك فقد كذب ما جاء به الكتاب والسنة

Burada fərq görənlər artıq Quran və sünnədə gələnləri yalan saymışdır.

وأجمعت عليه الأمة من أن من دعا غير الله فهو مشرك كافر في الحالين المذكورين سواء اعتقدهم مستقلين أو متوسطين

Ümmət icma edib ki, kim Allahdan qeyrisini iki halda da çağırarsa muşrik və kafirdi. İstər etiqad etsin ki, müstəqil verir və ya vasitəçidir.

وهذا معلوم بالضرورة من دين الإسلام

Bu dində zəruri bilinən məsələdir.

Sonra olaraq bir daha qeyd edim ki, ölülərdən şəfaət tələb etmək böyük şirkdir, buna Quran və Sünnə, həmçinin ümmətin icması dəlalət edir və əgər bu şirk deyilsə, o zaman deyərəm ki, yer üzündə şirk yoxdur.

Bu eyni muşriklərin etdiyi əməl idi.

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [121 KB] Yüklə – PDF [274 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər