• Şənbə , 19 Avqust 2017
Allahın hökmü ilə hökm verməyənlərin hökmü

Allahın hökmü ilə hökm verməyənlərin hökmü

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Allahın hökmü ilə hökm verməmək həm böyük küfr, həm də kiçik küfr ola bilər. Sadəcə bəzi elmsizlər Maidə surəsi, 44-cü ayəni yanlış anlayaraq, Allahın hökmü ilə hökm verməyənlərin mütləq olaraq kafir olduğunu düşünürlər.

Bu fikrin batil olduğunu əhli-sünnənin böyük alimlərinin sözləri ilə bəyan edək.

Əli ibn Abu Talhə ibn Abbasdan (radıyAllahu anhumə) rəvayət edir ki, İbn Abbas (radıyAllahu anhu) Maidə sürəsinin 44-cü ayəsi haqqında belə dedi:

مَنْ جَحَدَ مَا أَنْزَلَ اللَّهُ فَقَدْ كَفَرَ , وَمَنْ أَقَرَّ بِهِ وَلَمْ يَحْكُمْ فَهُوَ ظَالِمٌ فَاسِقٌ .

– Kim Allahın endirdiyini inkar edərsə artıq küfr etmiş olur. Və kim Allahın endirdiyini iqrar edərsə və lakin onunla hökm verməzsə zalım, yaxud fasiq olar. [1]

Tavus İbn Abbasdan rəvayət edir ki, ibn Abbas “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqqında belə dedi:

لَيْسَ بِالْكُفْرِ الَّذِي يَذْهَبُونَ إلَيْهِ

– Bu sizin başa düşdüyünüz böyük küfr deyildir.[2]

وفي لفظ: ” كُفْرٌ لَا يَنْقُلُ عَنْ الْمِلَّةِ

– Ayədə qəsd olunan küfr, insanı İslamdan çıxarmayan küfrdür! [3]

ولفظ ثالث: ” هُوَ بِهِ كَفَرَ وَلَيْسَ كَمَنْ كَفَرَ بِاَللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ

– Orada olan küfr Allaha, mələklərinə, kitablarına, Rəsullarına olan küfr kimi deyildir. (Yəni islamdan çıxartmayan küfrdür.)[4]

Bu İbn Abbasın (radıyAllahu anhu) Maidə surəsinin 44-cü ayəsinə verdiyi təfsirdi. Bəzi cahillər bu əsərlərin zəif olduğunu iddia etdikləri üçün alimlərin bu əsərlər haqqında görüşlərini zikr edək. Alimlər bu əsərlərin səhih və hüccət olduğunu qeyd etmişdir.

Məsələn, İmam Həkim [5], İmam Zəhəbi, İmam əl-Mərvazi [6], İmam Əbu əl-Muzaffir əs-Səm’ani [7], İmam Bəğavi [8], Əbu Bəkr ibnul Arabi [9], İmam Qurtubi [10], Siddiq Həsən Xan [11], İmam Şinqiti [12], Əbu Ubeyd əl-Qasimi ibnus-Sələm [13], Əbu Həyyən [14], İbn Bətta [15], İbn AbdulBərr [16], İmam Səadi [17], İbn Teymiyyə [18], İbnul Qeyyim [19], Albani [20], İmam Bəqai [21], İmam Vahidi [22], İmam Xazin [23] və s.

İbn Kəsir buyurur:

صحيح على شرط الشيخين

Bu Buxari və Muslimin şərtinə görə səhihdir.[24]

Həmçinin öz zamanının fəqihi sayılan İbn Useymin (rahiməhullah) öz kitabında buyurur:

صاروا يقولون: هذا الأثر غير مقبول! ولا يصح عن ابن عباس!
فيقال لهم:
كيف لا يصحّ؛ وقد تلقاه من هو أكبر منكم، وأفضل، وأعلم بالحديث؟!
فيكفينا أن علماء جهابذة؛ كشيخ الإسلام ابن تيمية، وابن القيم – وغيرهما – كلهم تلقوه بالقبول ويتكلمون به، وينقلونه؛ فالأثر صحيح.

– O vaxt ki bu əsər təkfir camaatının xoşuna gəlmədi deyə, onlar dedilər: “Bu əsər məqbul deyildir və İbn Abbasdan sabit olmamışdır.”

Onlara deyilir ki:
– Sizdən böyüklər, sizdən fəzilətlilər və sizdən hədisi elmini daha çox bilənlər bu əsərləri qəbul ediblərsə, bu əsərlər necə səhih olmaya bilər. Siz isə deyirsiniz ki, bu əsərlər məqbul sayılmır.

Bizə kifayətdir ki, İbn Teymiyyə, İbn Qeyyim və başqa ən böyük alimlər bu əsərləri qəbul edib, bu əsərlərdən istifadə edib və bu əsərləri nəql edibdir. Odur ki, bu əsərlər səhihdir. [25]

İndi isə, böyük Əhli-Sünnə alimlərinin Allahın hökmü ilə hökm verməyənin hökmü barəsində sözlərini zikr edək:

1-Əhli sünnənin İmamı olan Əhməd ibn Hənbəl

قال إسماعيل بن سعد في “سؤالات ابن هاني” (2/192):
“سألت أحمد: ﴿ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ ﴾، قلت: فما هذا الكفر؟
قال: “كفر لا يخرج من الملة”

İsmayıl Bin Səad buyurur:
– İmam Əhməddən “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir.” ayəsi haqda soruşdum və dedim: “Bu ayədə hansı küfr qəsd edilir?”

İmam Əhməd buyurdu:
– Ayədə keçən küfr islamdan çıxartmayan küfrdür.
Həmçinin İbn Teymiyyə [26] və İbnul Qeyyim [27] öz kitablarında buyururlar ki, İmam Əhməddən bu ayədəki küfr haqqında soruşduq, o dedi:

كفر لا ينقل عن الملة؛

– “Orada olan küfr İslamdan çıxartmayan küfrdür.”

2-Muhəmməd İbn Nəsr əl-Mərvazi

İmam Mərvazi buyurur:
Bu məsələdə bizə Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) səhabələrindən və tabiinlərdən gözəl nümunə vardır. Onlar küfrü: “İslamdan çıxaran küfr” və “İslamdan çıxarmayan küfr” olmaqla iki yerə bölmüşdürlər.

من ذلك قول ابن عباس في قوله:
وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ

Misal olaraq, İbn Abbasın (radıyAllahu anhu) bu ayə haqda dedi söz kimi. İbn Abbas buyurur:

– “Bu ayədə olan küfr İslamdan çıxartmayan küfrdür.” [28]

3- İmam İbn Cərir ət-Təbəri

İmam Təbəri Maidə surəsi 44-cü ayəni təfsir edərək buyurur:

وكذلك القول في كلّ من لم يحكم بما أنزل الله جاحداً به، هو بالله كافر؛ كما قال ابن عباس”.

– Kim inkar edərək Allahın hökmü ilə hökm verməsə kafirdir, necə ki, bunu İbn Abbas söyləmişdir! [29]

4- İbn Bətta

İbn Bətta (rahiməhullah) İslamdan çıxartmayan küfr haqqında danışarkən, bu mövzunun altına Allahın hökmü ilə hökm verməyəni daxil etmişdir. Həmçinin bu barədə səhabələrdən və tabiinlərdən gələn əsərləri zikr etmiş və bildirmişdir ki, kiçik küfr İslamdan çıxartmayan küfrdür.[30]

5- İbn Abdul Bərr
Alimlər icma etmişdir ki, Allahın hökmü ilə hökm verməyən böyük günah sahibidir. Bu barədə sələfilərdən şiddətli əsərlər rəvayət olunmuşdur. [31]

6- İmam Əbu əl-Muzaffir əs-Səm’ani

واعلم أن الخوارج يستدلون بهذه الآية، ويقولون: من لم يحكم بما أنزل الله؛ فهو كافر،
وأهل السنة قالوا: لا يكفر بترك الحكم”.

Bil ki, Xəvariclər bu ayəyə əsaslanıb deyirlər ki, Allahın hökmü ilə hökm verməyən kafirdir.
Əhli Sünnə isə deyir ki, hakim Allahın hökmü ilə hökm vermədiyinə görə təkfir olunmur. [32]

7- İbnul Cəuzi

İbnul Cəuzi (rahiməhullah )buyurur:

ومن لم يحكم به ميلاً إلى الهوى من غير جحود؛ فهو ظالم فاسق،
وقد روى علي بن أبي طلحة عن ابن عباس؛ أنه قال: من جحد ما أنزل الله؛ فقد كفر، ومن أقرّبه؛ ولم يحكمم به؛ فهو ظالم فاسق

Kim Allahın hökmünü bilərəkdən inkar edib, Onun hökmü ilə hökm verməzsə kafir olar, necə ki, bunu yəhudilər etmişdir. Lakin inkar etmədən, nəfsi havasına meyl edərək Allahın hökmü ilə hökm verməyən insan zalım və fasiq sayılır. Əli İbn Əbu Talhə ibn Abbasdan rəvayət edir ki, İbn Abbas belə demişdir:
– Kim Allahın endirdiyini inkar etsə artıq kafir olur, lakin kim Allahın endirdiyini iqrar etsə və lakin onunla hökm verməsə zalım və fasiq sayılır.[33]

8- Əbu Bəkr İbnul Arabi

İbnul Arabi (rahiməhullah) buyurur:

وهذا يختلف:
إن حكم بما عنده على أنه من عند الله، فهو تبديل له يوجب الكفر،
وإن حكم به هوى ومعصية فهو ذنب تدركه المغفرة على أصل أهل السنة في الغفران للمذنبين

– Allahın hökmü ilə hökm verməmək müxtəlifdir. Əgər öz qanunu ilə hökm verərsə və “Bu Allahın qanunudur, bu artıq təbdil sayılır!” deyərsə, bu artıq açıq-aydın küfrdür.
Əgər nəfsi istəyinə görə Allahın hökmü ilə hökm verməsə, bu artıq günahdır və bu günahına görə istiğfar diləməlidir. [34]

9- İmam Qurtubi

İmam Qurtubi (rahiməhullah) buyurur:
– Əgər bir müsəlman hansısa məsələnin Allahın hökmü olduğunu bilərsə, lakin onunla hökm verməzsə, böyük günah işlətmiş olur. Çünki bunun Allahın hökmü olduğunu bilib, onu təsdiq edir, lakin əməl etmədiyinə görə günahkar sayılır. Fəqət inkar etdiyi halda, küfr etmiş olur.

Sonra isə buyurur:

وهذا مذهب أهل السنة

“Bu Əhli Sünnənin məzhəbidir.”[35]

10- Şeyxul İsləm İbn Teymiyyə

İbn Teymiyyə buyurur:

قال تعالى: ﴿ فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا ﴾
[النساء:65]

– Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa, 65)

Kim aralarında baş verən mübahisələrdə Allahın və onun Rəsulunun hökmü ilə höküm verməsə

فقد أقسم الله بنفسه أنه لا يؤمن،

Allah təala öz nəfsinə and içib ki, o iman gətirmiş sayılmır.

وأما من كان ملتزماً لحكم الله ورسولة باطناً وظاهراً، لكن عصى واتبع هواه؛ فهذا بمنزلة أمثاله من العصاة.
وهذه الآية مما يحتج بها الخوارج على تكفير ولاة الأمر الذين لا يحكمون بما أنزل الله،

Kim Allahın və Rəsulunun hökmlərinə batinən və zahirən etiqad edərsə, lakin asi olub nəfsi istəyinə tabe olarsa digər günahkarların misalındadır. Xəvariclər bu ayəni götürüb, Allahın hökmü ilə hökm verməyən əmr sahiblərini təkfir ediblər. [36]

Həmçinin İbn Teymiyyə buyurur:

قَالَ ابْنُ عَبَّاسٍ وَأَصْحَابُهُ فِي قَوْله تَعَالَى { وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ } قَالُوا : كَفَرُوا كُفْرًا لَا يَنْقُلُ عَنْ الْمِلَّةِ
وَقَدْ اتَّبَعَهُمْ عَلَى ذَلِكَ أَحْمَد بْنُ حَنْبَلٍ وَغَيْرُهُ مِنْ أَئِمَّةِ السُّنَّةِ .

İbn Abbas və başqaları (Allahın hökmü ilə hökm verməyən kafirdir) ayəsi haqqında- “Onlar insanı dindən çıxarmayan küfr etdilər.”- demişdir. Eləcə də İmam Əhməd və Əhli sünnənin digər imamları da onların bu sözünə müvafiq olmuşdur. [37]

11- İbnul Qeyyim

İbnul Qeyyim buyurur:

والصحيح:
أن الحكم بغير ما أنزل الله يتناول الكفرين: الأصغر والأكبر بحسب حال الحاكم،

Səhih olan budur ki: Allahın hökmü ilə hökm verməmək hakimin halından asılı olaraq fərqlənir. Bəzən kiçik küfr, bəzən isə böyük küfr olur.

Əgər Allahın hökmünün vacibliyinə etiqad edərsə, fəqət asilik edib üz döndərsə və bu cür edənin aqibətinin pis olduğunu bilərsə (فهذا كفر أصغر.) bu kiçik küfrdür.

وإن اعتقد أنه غير واجب، وأنه مُخيّر فيه، مع تيقُنه أنه حكم الله، فهذا كفر أكبر.

Fəqət kimsə Allahın hökmünün vacib olmadığına, eləcə də, seçimin özündə olduğuna etiqad edərsə və bu hökmün dəqiq olaraq Allahın olduğunu bilərsə, bu artıq böyük küfrdür, hansı ki, insanı İslamdan çıxardır. [38]

12- İbn Əbil İzz

İbn Əbil İzz (rahiməhullah) buyurur:

أن الحكم بغير ما أنزل الله قد يكون كفراً ينقل عن الملة، وقد يكون معصية: كبيرة أو صغيرة، ويكون كفراً: أما مجازاً؛ وإما كفراً أصغر،
وذلك بحسب حال الحاكم:

Allahın hökmü ilə hökm verməmək bəzən böyük küfr, bəzən isə asilik olur. Bu da hakimin halından asılıdır. Əgər Allahın hökmünün vacib olmadığına, seçimin özünün olduğuna etiqad edərsə və bunun dəqiq olaraq Allahın hökmü olduğunu bilərsə, bu artıq böyük küfrdür, hansı ki, sahibini İslamdan çıxardır.

Fəqət, Allahın hökmünün vacibliyinə etiqad edərsə, lakin asilik edərək üz döndərərsə, və bunu edənin aqibətinin pis olduğunu bilərsə, bu insan asi sayılır. [39]

13- AbdulLətif ibn Abdurrahmən Aluş- Şeyx

Şeyx buyurur:
– Quran və Sünnənin əksi ilə- batil qanunlarla hökm verənlər, (öz rəyləri və nəfsi istəkləri ilə qurulmuşdur yunan və tatar əhkamları kimi uydurma hökmlərlə hökm verənlər) bu hökümlərini HALAL SAYARSA kafirdir. [40]

14- Şeyx Abdurrahmən ibn Nəsr əs-Səadi

İmam əs-Səadi (rahiməhullah) buyurur:

فالحكم بغير ما أنزل الله من أعمال أهل الكفر، وقد يكون كفرً ينقل عن الملة، وذلك إذا اعتقد حله وجوازه،
وقد يكون كبيرة من كبائر الذنوب،

Allahın hökmü ilə höüm verməmək küfr əhlinin əməlləridir. Bu isə bəzən böyük küfr, yəni insanı İslamdan çıxaran küfr olur, bəzən isə böyük günahların sırasında olur. Əgər halal və ya caiz görərsə bu İslamdan çıxardan küfrdür.[41]

15- Siddiq Həsən Xan

Siddiq Həsən Xan buyurur:
– Maidə sürəsinin 44-cü ayəsi Allahın hökmü ilə hökm verməyənləri küfrlə çağırır. Bu Allahın hökmü ilə hökm verməyənlərin hər birinə aiddir.

Fəqət bunu ikrah halında edənlər, həmçinin halal görməyənlər üzrlüdür. Çünki bu qeydlər olmasa, yəni “istihləl”- halal sayma qeydi olmasa, o zaman heç kim özünü küfrdən qurtara bilməz. (Yəni, insan halal saymadıqca küfrə düşmür.)[42]

16- Muhəmməd ibn İbrahim Aluş Şeyx

Kimsə qeyri qanunların caizliyinə və düzgünlüyünə etiqad edib hökm verərsə artıq böyük küfr etmişdir.

فإن فعل ذلك بدون اعتقاد ذلك وجوازه؛ فهو كافر الكفر العملي الذي لا ينقل عن الملّة

Lakin bunu etiqad etmədən edərsə, yəni uydurma qanunların caizliyinə etiqad etmədən hökm verərsə o insan islamdan çıxmır. [43]

17- Muhəmməd Əmin əş-Şinqiti

İmam əş-Şinqiti buyurur:

وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ ، مُعَارَضَةً لِلرُّسُلِ وَإِبْطَالًا لِأَحْكَامِ اللَّهِ ، فَظُلْمُهُ وَفِسْقُهُ وَكُفْرُهُ كُلُّهَا كُفْرٌ مُخْرِجٌ عَنِ الْمِلَّةِ ،
وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ مُعْتَقِدًا أَنَّهُ مُرْتَكِبٌ حَرَامًا فَاعِلٌ قَبِيحًا فَكُفْرُهُ وَظُلْمُهُ وَفِسْقُهُ غَيْرُ مُخْرِجٍ عَنِ الْمِلَّةِ

Allahın hökmü ilə hökm verməyən, Allahın hökmünü batil edərək və onun Rəsulundan üz döndərərək bunu edərsə, onun zülmü, fasiqliyi və küfrü onu İslamdan çıxardır.
Fəqət, Allahın hökmü ilə hökm verməyən haram iş gördüyünə və etdiyinin çirkin bir əməl olduğuna etiqad edərsə, bu zaman onun zülmü, fasiqliyi və küfrü onu İslamdan çıxartmır.[44]

18- AbdulAziz ibn Abdullah İbn Bəzz

İbn Bəzz (rahiməhullah) buyurur:

الحكام بغير ما أنزل الله أقسام , تختلف أحكامهم بحسب اعتقادهم وأعمالهم
فمن حكم بغير ما أنزل الله يرى أن ذلك أحسن من شرع الله فهو كافر عند جميع المسلمين ,
وهكذا من يحكم القوانين الوضعية بدلا من شرع الله ويرى أن ذلك جائز
أما من حكم بغير ما أنزل الله اتباعا للهوى أو لرشوة أو لعداوة بينه وبين المحكوم عليه أو لأسباب أخرى وهو يعلم أنه عاص لله بذلك وأن الواجب عليه تحكيم شرع الله فهذا يعتبر من أهل المعاصي والكبائر

Allahın hökmü ilə hökm verməyənlər müxtəlifdir, yəni onlar etiqadlarına və əməllərinə görə fərqlənirlər.

Kim Allahın hökmü ilə hökm verməzsə və verdiyi qeyri qanunu Allahın şəriətindən daha yaxşı hesab edərsə, o bütün müsəlmanlara görə kafirdir. Həmçinin, Allahın şəriətinin əvəzinə uydurulub təyin olunmuş qanunlarla hökm verənlər bunu caiz sayarsa o zamin kafir olar.

Lakin kim nəfsinə uyaraq, yaxud rüşvətə görə, yaxud məhkumla arasında olan düşmənçiliyinə görə və ya başqa bu cür səbəblərə görə Allahın hökmü ilə hökm verməzsə, həmçinin bununla özünü günahkar sayarsa və deyərsə “Bəli, Allahın hökmü ilə hökm vermək vacibdir” bu, zaman o insan asi sayılır.[45]

19- Şeyx Muhəmməd Nasiraddin əl-Albani

Şeyx Albani öz kitabında bu barədə etraflı danışır və bu ayədəki küfrün İslamdan çıxarmayan küfr olduğunu bildirir.[46]

20- Şeyx Muhəmməd İbn Salih əl-Useymin

Şeyx Useyminə bu haqda sual verdikdə, o bu cür cavab verir:

– Əgər bir kişi Allahın hökmü ilə hökm verməli olduğu bildiyi halda, nəfsi istəyinə tabe olaraq Allahın hökmü ilə hökm verməzsə o kəs təkfir olunmur, (لكنه بين فاسق وظالم،) lakin fasiq və zalım olur.

وأما إذا كان يشرع حكماً عاماً تمشي عليه الأمة يرى أن ذلك من المصلحة وقد لبس عليه فيه فلا يكفر أيضاً،
لأن كثيراً من الحكام عندهم جهل بعلم الشريعة ويتصل بمن لا يعرف الحكم الشرعي، وهم يرونه عالماً كبيراً،

Həmçinin bir insan ümumi bir hökmlə hökm verərsə, hansı ki, ümmət o hökm ilə gedəcək, və ona elə gəlsə ki, bunu etmək məsləhəyə daha uyuğundur, bu insan da təkfir olunmur. Çünki əksər hakimlər şərii elmdən cahildirlər və şəriətdən anlayışı olmayan hakimin alim olduğunu düşünür.

فيحصل بذلك مخالفة،
وإذا كان يعلم الشرع ولكنه حكم بهذا أو شرع هذا وجعله دستوراً يمشي الناس عليه؛

Bununla da şəriətə müxalif hökm verilir.

Əgər şəriətdən anlayışı olsa və buna baxmayaraq yenə o hökmlə hökm versə, və ya o hökmü insanların tabe olacağı bir düstur etsə, yəni öz uydurma qanunlarını qoyub ortalığa və bunu bir düstur edib və insanları da o qoyduğu qanuna tabe etdirirsə (أننا لا نستطيع أن نكفر هذا،) biz o insanı təkfir edə bilmirik.

(وإنما نكفر من يرى أن الحكم بغير ما أنزل الله أولى أن يكون الناس عليه، أو مثل حكم الله عز وجل فإن هذا كافر لأنه يكذب بقول الله تعالى: ﴿ أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ

Biz o kəsi təkfir edirik ki, o kəs qoyduğu qeyri hökmləri Allahın hökmündən üstün və ya bərabər sayır. [47]

21- AbdulMuhsin əl- Abbəd əl-Bədr

Şeyx Abbada sual olunur :

هل استبدال الشريعة الإسلامية بالقوانين الوضعية كفر في ذاته؟ أم يحتاج إلى الاستحلال ؟
وهل هناك فرق في الحكم مرة بغير ما أنزل الله، وجعل القوانين تشريعاً عاماً مع اعتقاد عدم جواز ذلك؟

Ya Şeyx islam şəriətini dəyişib əvəzində qoyulmuş uydurma qanunlarla hökm vermək özü özlüyündə küfrdür yoxsa burada da istihlələ (yəni, halal görməyə) ehtiyac var? Qeyri hökmlər ilə bir dəfə hökm vermək ilə caizliyinə etiqad etmədən bütövlükdə şəriəti dəyişməkdə fərq varmı?

Şeyx cavabında buyurur:

يبدو أنه لا فرق بين الحكم في مسألة، أو عشرة، أو مئة، أو ألف – أو أقل أو أكثر – لا فرق؛ ما دام الإنسان يعتبر نفسه أنه مخطئ، وأنه فعل أمراً منكراً، فهذا كفر دون كفر.

Xeyr, hökm verməkdə fərq yoxdur, istər qeyri qanunlarla bir dəfə hökm ver, istər on dəfə ver, istər yüz dəfə, istər min dəfə və ya bundan az və ya bundan çox, burada fərq yoxdur. İnsan özünü xətakar sayarsa və onun etdiyi əməlin munkər bir əməl olduğunu bilərsə, bu İslamdan çıxartmayan küfrdür. [48]

Qeydlər

+
[1]- Təfsiri-Təbəri, 6/166; Şeyx Albani həsənləşdirib.
[2]- İmam Mərvazi, Təazimu Qadrussaləh, 2/522, 574; Albani, Silsilətu Əhədis-Sahihə, 6/114
[3]- İmam Mərvazi, Təazimu Qadrussaləh, 2/522, 575; Albani, Silsilətu Əhədis-Sahihə, 6/114
[4]- İmam Mərvazi, Təazimu Qadrussaləh, 2/521, 570; İsnadı səhihdir.
[5]- Mustədrək, 2/393
[6]- Təazimu Qadrussaləh, 2/520
[7]- Təfsir, 2/42
[8]- Məalimil Tənzil, 3/61
[9]- Əhkəmul Qur’an, 2/624
[10]- Əhkəmul Quran, 6/190
[11]- Nilul Məram, 2/472
[12]- Təfsir, 2/101
[13]- Kitəbul İmən, 45
[14]- Bəhrul Muhit, 3/492
[15]- İbənə, 2/723
[16]- Təmhid, 4/237
[17]- Təfsir, 2/296
[18]- Məcmuul-Fətava, 7/312
[19]- Mədəricus-Səlikin, 1/335
[20]- Səhih, 6/109
[21]- Nizamud-Darar , 2/460
[22]- Vasit, 2/191
[23]- Təfsir, 1/130
[24]- Təfsir, 2/64
[25]- Ət-Təhzir min Titnətit-Təkfir, 368
[26]- Məcmuul-Fətava, 7/254
[27]- Hukmu Tarikus-Salət, 59-60
[28]- Təazimu Qadrussaləh, 2/520
[29]- Təfsiri Təbəri, Maidə surəsinin təfsiri
[30]- İbənə, 2/723
[31]- Təmhid, 5/74
[32]- Təfsir, 2/42
[33]- Zədul Məsir, 2/366
[34]- Əhkəmul Qur’an, 2/624”
[35]- Mufhəm, 5/117
[36]- Minhəcus-Sunnə, 5/130
[37]- Məcmuul Fətava, 7/312
[38]- Mədəricus-Səlikin, 1/336
[39]- Şərhut-Tahaviyyə, 14/791
[40]- Minhəcut-Tə’sis, 71
[41]- Təfsir kitabı
[42]- əd-Dinul Xalis, 3/305
[43]- Fətava, 1/80
[44]- Təfsir, 2/104
[45]- Fətava, 4/416
[46]- ət-Təhzir min Fitnətit Təkfir, 56
[47]- “ət-Təhrir fil Məsələtit-Təkfir” dərsi
[48]- “Sunən Əbi Davudun şərhi” dərsi

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [104 KB] Yüklə – PDF [223 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər