• Şənbə , 25 Noyabr 2017
Şeyx Albani murciə deyil!

Şeyx Albani murciə deyil!

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Bəzi kəslər iddia edir ki, Şeyx Albani (rahiməhullah) iman mövzusunda öncəki sələfilərə müxalif olmuşdur! Bu cür iddia edənlər öz-özlüyündə üç qismə bölünürlər:

I- Qism deyir ki, Şeyx Albani (rahiməhullah) iman mövzusunda sadəcə xəta etmişdir və bu xətasına görə murciə adlanmır!

II- Qism deyir ki, Şeyx Albani (rahiməhullah) iman mövzusunda murciələrin sözünü demişdir. Demək, o da murciədir.

III- Qism deyir ki, Şeyx Albani (rahiməhullah) ümumən əməllərin imanın kamilliyi üçün olduğunu söyləməmişdir. Şeyx söyləmişdir ki, “əhədul əməl” (yəni, tək əməl) imanın kamilliyi üçündür, amma bütün zahiri əməlləri tərk edəni kafirdir.

Təbii ki, bu üçüncü qism insanlar acizliklərindən bu cür söyləmişdirlər.
Fəqət bu üç qism insanlara söyləyirik ki, təqlid etməsinlər, elm öyrənsinlər və nəfslərinə görə danışmasınlar! Çünki bu cür olduqca, heç bir şeyə nail olmayacaqlar. Bu məsələni bir tərəfli izah etmək, yəni zahiri əməlləri tərk edənin kafir olmasında icma olduğunu söyləmək mümkün olmayacaqdır, çünki bu haqda artıq kitablar yazılmış, dərslər keçirilmiş və alimlər bu haqda geniş danışıb, Əhli-Sünnənin bu məsələdə etiqadını bildirmişdirlər.

I- Qism kəslərə, yəni “Şeyx Albani (rahiməhullah) iman mövzusunda sadəcə xəta etmişdir və bu xətasına görə murciə adlanmır!” söyləyənlərə cavab olaraq deyirik:
– Şeyx Albani (rahiməhullah) bu məsələdə xəta etməmişdir! Axı, bunu ondan öncə Quran, Sünnə və böyük Əhli-Sünnə alimləri söyləmişdir! Bu haqda keçən risalələr də geniş bəhs etmişik.
Şeyx Albaninin (rahiməhullah) xəta etdiyini kim söyləmişdir? Onunla bir dövrdə yaşayan, şeyxin əqidəsinə gözəl bəlli olan, əsrin digər iki böyük alimi Useymin və ya İbn Bazmı? Əlbəttə ki, xeyr! Əksinə, bu iki böyük Əhli-Sünnə alimi Şeyx Albaninin (rahiməhullah) sələfi olduğunu və onda əqidəyə zidd bir şey olmadığını söyləmişdirlər. Şeyx Albaninin (rahiməhullah) xəta etdiyini söyləyənlər İbn Bəzz və Useyminin nəzərdən qaçırdıqları hansısa xətanı gördüklərinimi iddia edirlər? Yəni, iman mövzusunu İbn Bəzz və Useymin kimi nəhəng Əhli-Sünnə alimlərindən daha mükəmməl bildiklərinimi zənn edirlər?

Useymin (rahiməhullah) sağ ikən, Şeyx Albaniyə (rahiməhullah) bidət əhli tərəfindən murciə iftirası atılmış və Şeyx Useymin (rahiməhullah) bu iftiranı atanlara cavab olaraq demişdir:
Şeyx Albani mərufdur, sələfidir və mənhəci də salamatdır!

من رمى الشيخ الألباني بالإرجاء فقد أخطأ ؛ إما أنه لا يعرف الألباني ، وإما أنه لا يعرف الإرجاء

– Şeyx Albanini murciəlikdə ittiham edən xəta etmişdir. O adam, ya Albaninin kim olduğunu bilmir, yaxud da murciəliyin nə olduğundan tam şəkildə xəbərsizdir!

İbn Bəzz (rahiməhullah) buyurur:
Mən onunla (Albani ilə) çoxdan tanışam. O, alimlərin xeyirlisidir. Həmçinin gözəl əqidə sahibidir. Mən özüm ondan istifadə edirəm!

ومن أصحاب العقيدة الطيب
وأنا ممن يستفيد منها

Şeyx Albaninin (rahiməhullah) xəta etdiyini söyləyənlər, onu İbn Bəzzdən (rahiməhullah) daha yaxşı tanıyırmı? Şeyx İbn Bəzz özü Albanidən istifadə edirdi, bu o deməkdir ki, Albani nə isə bir xəta etsəydi, Şeyx İbn Bəzz (rahiməhullah) bunu mütləq qeyd edərdi. Necə ki, İbn Bəzz buyurur:
Başqa alimlər kimi Albani də məsum deyildir. Necə ki, bəzi hədislərə səhih deyir, amma xəta edir, yaxud da bəzi hədislərə zəif deyir, amma xəta edir!

Şeyx İbn Bəzz (rahiməhullah) əgər bu məsələdə Şeyx Albaninin (rahiməhullah) xətası olduğu qeyd etmişdirsə, demək əqidə məsələsində xətası olsaydı, onu da mütləq qeyd edərdi. Çünki əqidə məsələsi daha önəmlidir.
Şeyxin xəta etdiyini söyləyənlər nə üçün öz sözlərinin doğru olduğuna əmindirlər? Nə üçün özlərini aldadıb, özlərinin deyil, şeyxin xəta etdiyini söyləyirlər? Ola bilməzmi ki, şeyx Albani yox, elə özləri xəta edirlər? Əgər şeyx bu məsələ də xəta etsəydi, bunu Useymin, İbn Bəzz qeyd edərdilər.

Sonra bilməliyik ki, Şeyx Albani (rahiməhullah) iman mövzusunda yazılan ən gözəl kitab olan- Şeyxul İsləm İbn Teymiyyənin “İman” kitabını təhqiq etmişdir. Yəni, o kitabı nəinki ilk hərfindən son hərfinə kimi oxumuş, həmçinin təhqiq etmişdir və həmin təhqiqində heç bir əlavə qeyd aparmamışdır. Şeyxul İsləmin (rahiməhullah) bu məsələdə mövqeyi ilə razılaşmışdır. Kim şeyx Albaninin (rahiməhullah) xəta etdiyini iddia edirsə, demək ki, bu məsələdə İbn Teymiyyənin (rahiməhullah) də xəta etdiyini söyləmiç olurlar, çünki Albani (rahiməhullah) ondan bəhrələnmişdir.

Məgər “Zahiri əməllər imanın kamilliyi üçündür!” –söyləmək xətadırmı? Əlbəttə ki, xeyr! Əgər bu xəta olsaydı, demək İbnul Qeyyim və digər alimlər də xəta etmiş olurlar! Necə ki, İbnul Qeyyim buyurur:
Qəlbi əməllər əsasdır, zahiri əməllər isə ona (yəni, imana) tabedir və onu (yəni, imanı) kamilləşdirmək üçündür.

Məlumdur ki, bu iman məsələsi təkcə bu əsrdə deyil, öncə ki, əsrlərdə də danışılmışdır. Yəni, bu haqda on dörd əsrdir danışılır. Əgər həqiqətən də, bu məsələ, yəni zahiri əməllərin tərki icma ilə küfr olsa idi, necə ola bilərdi ki, Şeyx Albani (rahiməhullah) bu icmaya müxalif olsun? Yəni, fərz edək ki, Şeyx Albaniyə kimi bütün alimlər bu əməlin küfr olduğunu söyləmiş, fəqət şeyx Albani (rahiməhullah) bu icmaya zidd olaraq, onun əksini söyləmişdir. Bu gülünc iddianı irəli sürənlər həqiqətən də şeyx Albaniyə cahillik damğası vurmaqdadırlar. Çünki, şeyx Albaninin bu cür icmaya qarşı çıxması üçün bu məsələdən tam cahil olması lazım idi…

II- Qism kəslərə, yəni “Şeyx Albani (rahiməhullah) iman mövzusunda murciələrin sözünü demişdir. Demək, o da murciədir.”- deyənlərə cavab olaraq deyirik ki, bu şübhəni Şeyx Useymin özü dəff etmişdir. Necə ki, onun sözlərini bir qədər əvvəl zikr etdik:

من رمى الشيخ الألباني بالإرجاء فقد أخطأ ؛ إما أنه لا يعرف الألباني ، وإما أنه لا يعرف الإرجاء

Şeyx Albanini murciəlikdə ittiham edən xəta etmişdir. O adam, ya Albaninin kim olduğunu bilmir, yaxud da murciəliyin nə olduğundan tam şəkildə xəbərsizdir!

Demək indi də, şeyx Albaninin (rahiməhullah) murciə olduğunu söyləyən xəta etmişdir! Həmçinin, bir daha qeyd edim ki, Şeyx Albani murciə olsaydı, təhqiq etdiyini kitabın, yəni İman kitabının müəllifi olan İbn Teymiyyə ilə necə oldu ki, razılaşdı və heç bir qeyd aparmadı?!

III- Qism kəslərə, yəni “Şeyx Albani (rahiməhullah) ümumən əməllərin imanın kamilliyi üçün olduğunu söyləməmişdir.”- deyənlərə cavab olaraq deyirik ki, bu acizlikdən dolayı atılmış sonuncu bir addımdır. Çünki məlumdur ki, şeyx Albani heç bir zahiri əməli etməyəni müsəlman görmüşdür və məhz bu səbəbdən də murciəlikdə ittiham olunmuşdur!

Diqqət edin! Şeyx Albani (rahiməhullah) “Namazı tərk edənin hökmü” kitabını yazdıqdan sonra, “Səfər əl-Hivali” şeyx Albanini murciəlikdə ittiham etdi.

Sual olunur: “Şeyx Albani o kitabında nə yazmışdır ki, Səfər əl-Hivali onu murciəlikdə ittiham etdi?”
Cavab: Çünki şeyx Albani həmin kitabda “bütün zahiri ənəlləri tərk edəni” müsəlman sayırdı. Şeyx Albani (rahiməhullah) buyurur:

فإن الأعمال الصالحة كلها شرط كمال عند أهل السنة خلافا للخوارج

Əhli sünnəyə görə bütün saleh əməllər imanın kamilliyi üçündür.
Səfər əl-Hivali də məhz buna görə Şeyx Albanini murciəlikdə ittiham etmiş və demişdir:
Özünü sələfə nisbət edənlərdən biri (yəni, şeyx Albani) “əməllər imanın kamilliyi üçündür” deyərək, bunu əhli sünnəyə nisbət edir. Bu ircalıqdır.

Şübhəsiz ki, Səfər əl-Hivalinin Şeyx Albanini (rahiməhullah) murciəlikdə ittiham etməsi xətadır və alimlər buna kifayət qədər rədd yazmışdırlar! Çünki bu cür söyləmək, yəni zahiri əməllər imanın kamilliyi üçündür demək- murciəlik deyildir!
Necə ki, şeyx Useymindən (rahiməhullah) soruşular:

السؤال\ هل أعمال الجوارح شرط في أصل الإيمان وصحته أم أنها شرط في كمال الإيمان الواجب ؟

Ey Şeyx, zahiri əməllər imanın sihhəti üçündürmü, yoxsa imanın kamilliyi üçün?
Şeyx cavabında buyurur:

تختلف
فتارك الصلاة مثلا كافر إذ فعل الصلاة من لوازم الإيمان

Bu fərqlənir. Məs: namazı götürsək, namaz qılmayan kafirdir, deməli namaz imanın ləvazımıdır. (Yəni, namaz imanın sihhəti üçündür.)

Diqqət edin! Məlumdur ki, şeyx Useymin namaz qılmayanı kafir saymışdır.  Məhz bu səbəbdən buyurur: “Əgər namazı hesab etsək o sihhəti üçündür.” Demək, namaz qılmayanı təkfir etməyənlər üçün zahiri əməllər imanın kamilliyi üçün olacaqdır.
Həmçinin başqa bir yerdə bunu daha ətraflı izah edir və buyurur:

فإن قال : قائل : هل الأعمال شرطٌ في وجود الإيمان ؟

Bir kimsə, “əməllər imanın olması üçün şərtdirmi?”- deyə sual verərsə

قلنا :

Biz deyirik ki:

منها ما هو شرط ومنها ما ليس بشرط ،

Elə əməllər vardır ki, şərtdir və eləsi də vardır ki, şərt deyildir.

Baxın, Şeyx Useymin icma olduğunu qeyd etmir, çünki bu məsələdə icma yoxdur!

Daha sonra buyurur:

فقول (لا إله إلا الله) أو (شهادة أن لا إله إلا الله وأن محمداً رسول الله) شرطٌ في وجود الإيمان من لم يقل : (أشهد أن لا إله إلا الله وأن محمداً رسول الله) فهو كافر ،

Məs: Lə İləhə İlləllah kəliməsi imanın olması üçün şərtdir, kim bunu deməzsə kafirdir.

وإن آمن بالله ومن لم يصل والصلاة عمل فهو كافر وإن قال : أشهد أن لا إله إلا الله

Kim Allaha iman gətirərsə, lakin namaz qılmazsa, “hansı ki, namaz” əməldir, namaz qılmazsa kafirdir, şəhadəti gətirsə belə.

، وإنْ آمن بالله ، لكن من لم يزك والزكاة من الأعمال من الإيمان فليس بكافر

Əgər Allaha iman gətirərsə, lakin zəkat verməzsə “hansı ki, zəkat” əməllərdəndir, zəkat verməzsə kafir deyil.

Diqqət edin! Şeyx Useymin (rahiməhullah) namaz qılmayanı təkfir edən alimlərdən olmasaydı, tək Allaha iman gətirməklə heç bir əməli etməyəni müsəlman sayacaqdı. Məhz şeyx Albani kimi…

Həmçinin eyni sualı Şeyx İbn Bəzzə ünvanlamışdırlar:

أعمال الجوارح هل هي شرط كمال أم شرط صحة الإيمان ؟

Zahiri əməllər imanın sihhəti üçündürmü, yoxsa imanın kamilliyi üçün?

Şeyx cavabında buyurur:

الجواب: أعمال الجوارح كالصوم والصدقة والزكاة هي من كمال الإيمان وتركها ضعف في الإيمان.

Zahiri əməllər, misal üçün sədəqə, zəkat və s. bunlar imanın kamilliyi üçündür, və bunların tərki imanın zəifliyinə dəlildir.

أما الصلاة فالصواب أن تركها كفر , فالإنسان عندما يأتي بالأعمال الصالحة فإن ذلك من كمال الإيمان”.

O ki qaldı namaza. Bizə görə səhih odur ki, namazı tərk etmək küfrdür.

Diqqət edin, yəni, insan nə qədər saleh əməllər edərsə bu onun imanın kamilliyi üçündür. Və əgər şeyx İbn Bəzz namaz qılmayanı təkfir etməsəydi, demək namaz da, digər saleh əməllərə qatılaraq imanın kamilliyi üçün şərt olacaqdır. Lakin şeyx İbn Bəzz namaz qılmayanı təkfir etdiyi üçün bu məsələdə namazı vurğulayır.

Həmçinin şeyx İbn Bəzz (rahiməhullah) buyurur:

الصواب أن الأعمال عند السلف الصالح: قد تكون شرطاً في صحة الإيمان، كالصلاة.

Sələfilərə görə düzgün səhih rəy odur ki, əməllər bəzən imanın sihhəti üçün şərt olur, məsələn namaz kimi.

وقد تكون شرطاً في كماله الواجب فينقص الإيمان بانتفائها كبقية الأعمال التي تركها فسق ومعصية، وليس كفراً. فهذا التفصيل لابد منه لفهم قول السلف الصالح

Bəzən isə əməllər imanın kamilliyi üçün şərt olur və olmaması ilə iman naqisləşir, digər saleh əməllər kimi, yəni namazdan başqa olan əməllər, hansı ki tərki fasiqlikdir.

فهذا التفصيل لابد منه لفهم قول السلف الصالح

Bu təfsilat olmalıdır ki, sən sələfi salehin sözünü başa düşəsən.

Demək, namaz qılmayanı müsəlman sayan alimlərə görə bütün zahiri əməllər imanın kamilliyi üçündür.
Baxın, əgər bir kəs namaz qılmayanı müsəlman görürsə, demək onun tərk etdiyi digər əməlləri də imanın sihhəti üçün saymıram. Yəni, mənə görə əməllər imanın kamilliyi üçün olur. Çünki namaz İslamın ən fəzilətli əməli və İkinci rükunudur.

Əgər bir insan namaz qılmırsa, zəkat vermirsə, oruc tutmursa, həcc etmirsə və digər əməlləri etmisə, mənim üçün müsəlmandır. Çünki heç bir əməlin tərkinə görə insanı İslam dinindən çıxarmıram və əgər çıxarası olsa idim, namaz qılmadığı üçün çıxarardım. Lakin namaz qılmayanı müsəlman sayıramsa, demək, mənə görə bütün zahiri əməllər imanın kamilliyi üçündür.

Şeyx Albaninin “əməllər imanın kamilliyi üçündür” deməsi, onu göstərir ki, Şeyx Albaniyə görə imanın sihhəti başqa şeydir, yəni, qəlb ilə təsdiqləyib, dil ilə tələffüz etməkdir ki, bu iki şey ilə də imanın əsli düzəlir. Zahiri əməllərə isə açıq-aşkar deyir ki, bu imanın əslini kamilləşdirmək üçündür, istərsə tam tərk edilsin, istərsə bir hissəsinə əməl edib, digər hissəsini tərk etsin, heç bir mahiyyət dəyişmir.

Ona görə də bu məsələ Əhli-Sünnə də ixtilafı məsələdir, bu səbəbdən də buna icma demək xətadır!

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [87KB] Yüklə – PDF [187KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər