• Çərşənbə , 13 Dekabr 2017
Təkfirin əhkamları (2-ci hissə)

Təkfirin əhkamları (2-ci hissə)

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Öncəki risalədə qeyd etmişdik ki, Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) buyurur:
Təkfir məsələsi iki əsasın üzərində dayanmışdır.

Birinci əsas “Mütləq Hökm” idi, hansı ki, o haqda öncəki risalədə ətraflı danışdıq.
İkinci əsas isə “Müəyyən Hökmdür.”

Bu risalədə müəyyən bir kəsi təkfir etmək barədə danışacağıq.
Biz mütləq hökmü qeyd edərkən bildirdik ki, bir müsəlman küfr və ya şirk edibsə, biz onun əməlinin küfr və ya şirk olduğunu söyləyirik, yəni əməlin hökmünü vəsf edirik, həmin əməli edənin hökmünü deyil! Yəni, “bir kəsin əməli küfrdür!” söyləmək, o demək deyil ki, həmin adam artıq kafirdir.

İndi isə müəyyən hökmdən ətraflı bəhs edək.
Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) “Məcmuul Fətava”da buyurur:

وَأَنَّ تَكْفِيرَ الْمُطْلَقِ لَا يَسْتَلْزِمُ تَكْفِيرَ الْمُعَيَّنِ

Mütləq təkfir, bir kəsi təkfir etməyi gərəkli etmir.

Yəni, bir kəsin əməlinin küfr olması, onun kafir olması demək deyildir.
Dinimizə fikir versək, görərik ki, şəriətimiz hər bir əməl üçün əhkamlar qoymuşdur. Yəni, namazın öz şərtləri, zəkatın öz şərtləri vardır. Hətta, nigahın da öz şərtləri vardır ki, hansı ki, bu şərtlər ödənilməsə, sadaladığımız əməllər səhih sayılmayacaqdır. Əgər bu cür məsələlər də şərtlər varsa, bir müsəlmanı İslamdan çıxarmaq kimi mühüm bir məsələ də şərtlər yoxdurmu? Əlbəttə ki, vardır.

Bir kəsi təkfir etməyin dörd şərti vardır:
1- (أن يكون المعيّن بالغاً عاقلاً) – Həmin müəyyən kəs, həddi-buluğa çatmalıdır.
2- (أن يقع منه الكفر على وجه الاختيار) – Həmin kəsin, işlətdiyi küfr onu öz ixtiyarı ilə olmalıdır.
3- (أن تبلغه الحجّة التي يكفر بخلافها) – O insana hüccət qaldırılmalıdır.
4- (أن لا يكون متأوِّلاً) – O kəs təvilçi olmamalıdır, yəni təvil etməməlidir.

Bir insanı təkfir etmək üçün mütləq bu dörd şərtin hər biri ödənilməlidir, əks halda müsəlman təkfir olunmur!

Təkfirin ilk şərtinə dəlil olaraq–Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurur:

رُفِعَ الْقَلَمُ عَنْ ثَلاَثَةٍ عَنِ النَّائِمِ حَتَّى يَسْتَيْقِظَ وَعَنِ الصَّبِىِّ حَتَّى يَحْتَلِمَ وَعَنِ الْمَجْنُونِ حَتَّى يَعْقِلَ

Üç nəfərdən qələm qaldırılmışdır. Yatan adam oyanana qədər, uşaq həddi-buluğa çatana qədər və məcnunu ağlı başına gələnə qədər.
Bu səbəbdən alimlər bu hədisdən qayda çıxarmışlar ki, həddi buluğ və ağıl mükəlləf olmaq üçün şərtdir.

İbn Munzir (rahiməhullah) buyurur:

حال جنونه أنّه مسلم على ما كان قبل ذلك

Alimlər icma etmişdir ki, məcnun əgər məcnunluq halında mürtəd olubsa, əvvəlki halında müsəlman olaraq qalır.

Təkfirin ikinci şərtinə dəlil kifayət qədərdir. İnsan öz ixtiyarı ilə etmədiyi əmələ görə cavab vermir və günah da daşımır. Uca Allah buyurur:

مَن كَفَرَ بِاللَّهِ مِن بَعْدِ إيمَانِهِ إِلاَّ مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالإِيمَانِ وَلَكِن مَّن شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِّنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

Qəlbi imanla sabit qaldığı halda küfür işlətməyə məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.

Həmçinin Quran və Sünnə dəlalət edir ki, sevinc şiddətindən ağlı bağlanan kəs də üzrlüdür. Necə ki, Muslimdə keçən hədisdə Rasulullah (sallAllahu aleyhi və səlləm) dəvəsini itirdikdən sonra tapan kişi barəsində buyurur ki, sevindiyindən belə demişdir:

اللهم أنتَ عبدي، وأنا ربّك، أخطأ من شدّة الفرح

Allahım, sən mənim qulumsan və mən sənin Rəbbinəm.

əl-Qadi İyəd (rahiməhullah) buyurur:
“Bu kişi kimi olan insanlar dediyi sözlərə görə günah daşımırlar.”

Yəni, bu kimi şeylər müəyyən insanı təkfir etmək üçün maneələrdir.
Müəyyən insanı təkfir etməyin üçüncü şərtinə aid də kifayət qədər dəlillər mövcuddur.
İbn Teymiyyə (rahiməhullah) buyurur:

مَنْ كَانَ مُؤْمِنًا بِاَللَّهِ وَرَسُولِهِ مُطْلَقًا وَلَمْ يَبْلُغْهُ مِنْ الْعِلْمِ مَا يُبَيِّنُ لَهُ الصَّوَابَ فَإِنَّهُ لَا يُحْكَمُ بِكُفْرِهِ حَتَّى تَقُومَ عَلَيْهِ الْحُجَّةُ الَّتِي مَنْ خَالَفَهَا كَفَرَ .
وَالْكُفْرُ لَا يَكُونُ إلَّا بَعْدَ الْبَيَانِ

Kim mütləq şəkildə Allah və rəsuluna iman gətiribsə və məsələləri düzgün başa düşmək üçün ona elm çatmayıbsa, hüccət qalxana kimi o insana küfr hökmü verilmir. Hüccətdən sonra müxalif olsa isə təkfir olunur. Küfr isə yalnız bəyan etdikdən sonra olur.

İbnul Qeyyim (rahiməhullah) buyurur:

إنّ الله سبحانه وتعالى لا يعذّب أحداً إلاّ بعد قيام الحجّة، كما قال تعالى:
{وَمَا كُنَّا مُعَذّبينَ حَتَّى نَبْعَثَ رَسُولاً}

Allah təala hüccət qalxmamışdan qabaq heç kəsə əzab vermir. Allah təala buyurur:
{Biz elçi göndərməmiş əzab vermərik}

İmam Şatibi (rahiməhullah) buyurur:

فجرت عادته في خلقه أنّه لا يؤاخذ بالمخالفة إلاّ بعد إرسال الرّسل، فإذا قامت الحجّة عليهم

Allah təalanın yolundandır ki, Ona müxalif olana elçi göndərməmiş əzab verməsin.

Müxaliflər şübhə gətirərək iddia edirlər ki, şirkdə üzr yoxdur. Yəni, dini iki yerə bölərək deyirlər ki, furu məsələlərdə üzr var, üsul məsələlərində üzr yoxdur. Yəni, şirkdən başqa digər məsələlərdə üzr ola bilər. Lakin buna nə Qurandan, nə Sünnədən, nə səhabələrdən, nə də tabiinlərdən heç bir dəlil varid olmamışdır. Bu batildir və dini iki yerə bölərək, furu məsələlərdə üzr var, üsul məsələlərində üzr yoxdur- söyləmək mötəzilə əqidəsidir.
Çünki Əhli-Sünnənin böyük alimləri şirkdə üzr görmüşdür.

Şeyxul İsləm İbn Teymiyyə buyurur:

نعلم بالضرورة انه لم يشرع لأمته أن تدعو أحدا من الأموات لا الأنبياء ولا الصالحين ولا غيرهم لا بلفظ الاستغاثة ولا يغيرها ولا بلفظ الاستعاذة ولا يغيرها كما أنه لم يشرع لأمته السجود لميت ولا لغير ميت ونحو ذلك بل نعلم أنه نهى عن كل هذه الأمور وأن ذلك من الشرك الذي حرمه الله تعالى ورسوله لكن لغلبة الجهل وقلة العلم بآثار الرسالة في كثير من المتأخرين لم يكن تكفيرهم بذلك حتى يتبين لهم ما جاء به الرسول صلى الله عليه و سلم مما يخالفه

Biz qəti olaraq bilirik ki, Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) ümmətinə ölüləri, salehləri və başqalarını çağırmaq, yəni dua etmək gəlməmişdir. İstər kömək istəmək ləfzi ilə olsun, istər sığınmaq ləfzi ilə, nə də ki, başqa ləfzlər ilə ölüləri və salehləri dua etmək varid olmamışdır.

Həmçinin biz qəti olaraq bilir ki, Şəriətimiz bizə ÖLÜYƏ VƏ YA BAŞQASINA səcdə etməyi buyurmamışdır.

Həmçinin biz qəti olaraq bilir ki, Şəriətimiz bizləri bunlardan qadağan etmişdir.

Həmçinin qəti olaraq bilir ki, BU ŞİRKDİR. Hansı ki, Allah və Rəsulu haram etmişdir. Lakin cahilliyin çoxluğundan və elmin azlığından bunu edən əksər insanlar onlara hüccət qaldırılmayınca, təkfir olunmayıblar.

İbn Teymiyyənin bu sözlərindən aydın olur ki, şirkdə cahillik üzrdür.
Şeyxul İsləm İbn Teymiyyə məşhur hədisi şərh edərkən, bu o hədisdir ki, bir kişi belə vəsiyyət edir, öldükdə məni yandırın, külümü dağlara səpələyin ki, Allah məni dirildə bilməsin!- Şeyxul İsləm hədisi şərh edərkən buyurur:

فَهَذَا رَجُلٌ شَكَّ فِي قُدْرَةِ اللَّهِ وَفِي إعَادَتِهِ إذَا ذُرِّيَ ، بَلْ اعْتَقَدَ أَنَّهُ لَا يُعَادُ ، وَهَذَا كُفْرٌ بِاتِّفَاقِ الْمُسْلِمِينَ ، لَكِنْ كَانَ جَاهِلًا لَا يَعْلَمُ ذَلِكَ وَكَانَ مُؤْمِنًا يَخَافُ اللَّهَ أَنْ يُعَاقِبَهُ فَغَفَرَ لَهُ بِذَلِكَ

Bu kişi Allahın qüdrətində şəkk etmişdir. Hətta etiqad edirdi ki, belə olunsa bir daha Allah onu dirildə bilməyəcəkdir. Bu söz və bu cür etiqad bütün müsəlmanların etiqadına görə küfrdür. Lakin o insan cahil idi, eyni zamanda da mömin idi. Qəlbində Allahdan qorxusu vardı və bu səbəbdən Allah onu bağışladı. (Məcmuul-Fətava, 3/231)

Muhəmməd ibn AbdulVahhəb (rahiməhullah) “Usul-ul İmən” kitabında buyurur:

بل نشهد اللَّه على ما يعلمه من قلوبنا بأنَّ من عمل بالتوحيد وتبرأ من الشرك وأهله فهو المسلم في أي زمان وأي مكان ، وإنما نكفّر من أشرك باللَّه في ألوهيته بعد ما تبين له الحجة على بطلان الشرك

Qəlbimizdə olanı bilən Allahı şahid tuturuq ki, bizim əqidəmiz budur ki, tövhidə əməl edən, şirkdən və onun əhlindən uzaq olan kəs məkanından və zamanından asılı olmayaraq müsəlmandır.

Bir insan Allaha Uluhiyyət tövhidində şərik qoşsa, huccət qaldırıb, bəyan etdikdən sonra onu təkfir edirik.
Həmçinin şeyx “ər-Rasəiluş-Şəxsiyyə” və “əd-Durarus-Səniyyə” kitabında buyurur:

ما ذكر لكم عني
أني أكفر بالعموم فهذا من بهتان الأعداء،
ولكن نكفر من أقر بدين الله ورسوله ثم عاداه وصد الناس عنه ؛ وكذلك من عبد الأوثان بعد ما عرف أنها دين للمشركين

Mənim haqqımda sizə çatdırıblar ki, guya mən ümumən kimi gəldi təkfir edirəm! Xeyr! Bu belə deyil, bu düşmənlərin böhtanıdır. Biz Allah və rəsulunun dinini iqrar edib və sonra dinə qarşı vuruşub və insanları dindən uzaqlaşdıranı təkfir edirik. Həmçinin, o, kəs ki, bilir ki, bu muşriklərin dinidir və sonradan bütlərə ibadət edirsə biz onu təkfir edirik.

Başqa bir yerdə buyurur:

وأما ما ذكر الأعداء عني أني أكفر بالظن وبالموالاة أو أكفر الجاهل الذي لم تقم عليه الحجة فهذا بهتان عظيم

“O ki qaldı, düşmənlərimin mənim haqqımda “insanları zənnə və cahil olduqlarına görə təkfir edir” sözünə, bu həqiqətən açıq-aşkar bir böhtandır.” (Məcmuu Məlifət, 3/14)

Həmçinin şeyx “əd-Durarus-Səniyyə” kitabında buyurur:

“ولا نكفر إلا ما أجمع عليه العلماء كلهم وهو الشهادتان ، وأيضا نكفره بعد التعريف إذا عرف وأنكر ..وجاء
في آخره :” وأما الكذب والبهتان، فمثل قولهم : إنا نكفر بالعموم،
وأيضا نكفره بعد التعريف إذا عرف وأنكر

Biz yalnız alimlərin ittifaq etdiyi məsələlərdə təkfir edirik ki, o da şəhadət kəlməsidir. (Yəni, bütün alimlər şəhadət kəlməsini söyləməyinin kafir olduğunda icma etmişdir). Huccət qaldırıb, bildirdikdən sonra inkar edəni təkfir edirik.

AbdulLətif ibn Abdurrahmən ibn Həsən Əli Şeyx buyurur:

والشيخ محمد رحمه الله من أعظم الناس توقفاً وإحجاماً عن إطلاق الكفر
حتى إنه لم يجزم بتكفير الجاهل الذي يدعو غير الله من أهل القبور أو غيرهم إذا لم يتيسر له من ينصحه ويبلغه الحجة التي يكفر تاركها

Şeyx Muhəmməb İbn AbdulVahhəb (rahiməhullah) insanlar içində kimisə mütləq təkfir etməkdə ən ehtiyatlı davranan idi. Hətta Muhəmməd ibn AbdulVahhəb Allah qeyrisini çağıran cahili və ya başqalarını, onlara huccət qaldırmadığından təkfir etməzdi. (Minhəcut-Təsis va Təqdis, 98-99).

Bu dəlillər onu göstərir ki, şeyx Muhəmməd ibn AbdulVahhəb (rahiməhullah) şirk edənə cahilliyi üzr görürdü!
Təkfirin dördüncü şərti isə, qeyd etdik ki, həmin kəs təvilçi olmamalıdır. Çünki bəzi müxaliflərə Quran və Sünnə çatdıqdan sonra, özləri də bilmədən başqa mənaya yozaraq anlayırlar və bununla da xətaya yol vermiş olurlar. Bu isə onlar üçün üzrdür.
Quran və Sünnə təvil edənin üzrlü olmasına dəlalət edir.

Bu isə iki qismdir:
1– Quran və Sünnə xəta edənin üzrlü olduğunu bəyan etmişdir, təvil isə xəta növündən sayılır. Yəni, insan ictihad edərək xətaya yol verir. Buna dəlil olaraq Uca Allah möminlər haqda buyurur:

رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَسِيْنَا أَوْ أَخْطَأْنَا

Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma!

Həmçinin Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

إنّ الله وضع عن أمّتي: الخطأ، والنّسيان

Allah təala xətanı və unutqanlığı mənim ümmətimə keçmişdir.

Şeyxul İsləm İbn Teymiyyə buyurur:

والمتأوّل المخطئ مغفور له بالكتاب والسّنة، قال الله تعالى في دعاء المؤمنين: {رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَسِيْنَا أَوْ أَخْطَأْنَا}، وثبت في الصّحيح أنّ الله قال: ((قد فعلت)) ،

Quran və sünnəyə əsasən təvilçi və xəta edən bağışlanmışdır, necə ki Allah təala möminlərin duası barəsində buyurur ki, رَبَّنَا لاَ تُؤَاخِذْنَا إِن نَسِيْنَا أَوْ أَخْطَأْنَا “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Səhih hədisdə sabit olmuşdur ki, ((قد فعلت)), Allah təala buyurur ki, “artıq etdim”.

2– Təvilin ikinci qismi isə Sünnədə varid olandır.
Buxaridə keçən hədisdə İbn Ömər (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Xalid ibnValidi onları İslam dininə dəvət etmək üçün, Bəni Cəzeymə qəbiləsinə göndərir. Onlar “Əsləmnə” yəni, təslim olduq sözünü yaxşı deyə bilmirdilər və əvəzində isə deyirdilər: صبأنا صبأنا

– Xalid ibn Valid isə onların bəzilərini əsir götürdü, bəzilərini isə öldürdü və hətta o əsirlərdən bizə də verdi. Hətta bir gün bizə dedi ki, əsirlərini öldürün və mən dedim: Vallahi mən və mənim yoldaşlarım öz əsirlərimizi öldürməyəcəyik. Sonra biz bu barədə Peyğəmbərə (sallAllahu aleyhi və səlləm) xəbər verdikdə, o (sallAllahu aleyhi və səlləm) əllərini qaldırdı və iki dəfə dedi:

اللهم إني أبرأ إليك مِمَّا صنع خالد مرّتين

Allahım, Xalidin etdiyindən sənə sığınıram və ya mən Xalidin etdiyindən uzağam!

Hədisdən görünür ki, Xalid onların dediklər o sözü anlamadığından təvil edərək onları öldürdü. Halbuki, onlar bu söz ilə İslama girmək istəyirdilər. Peyğəmbər də (sallAllahu aleyhi və səlləm) bu əmələ görə Xalidi qınamadı və ondan deyil, onun əməlindən Allaha sığındı. Çünki bu Xalid ibn Validin öz ictihadı idi.

Həmçinin, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Usamə bin Zeydi kişini “Lə iləhə illəllah” deyən vaxt öldürdüyünə görə qınamamışdır. Çünki Usamə elə hesab etmişdir ki, kişi qorxusundan bunu söyləyir.
Həmçinin, səhabələrdən biri digərinə “Sən münafiqsən” dedikdə, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onu qınamamışdır.
Həmçinin, Siddiq Xalidi, Məlik bin Nuveyranı öldürdüyünə görə də qınamamışdır.

Həmçinin, Ömərin dönəmində bəzi sələfilər bu ayəni “Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz” – dəlil gətirərək, içki içməyi halal görmüşdürlə, lakin Ömər onları təkfir etməmişdir.
Həmçinin, şeyxul İsləm ibn Teymiyyə “əl-Imənul Əusat” kitabında buyurur:

وَلَا يَكْفُرُ الشَّخْصُ الْمُعَيَّنُ حَتَّى تَقُومَ عَلَيْهِ الْحُجَّةُ كَمَا تَقَدَّمَ كَمَنْ جَحَدَ وُجُوبَ الصَّلَاةِ . وَالزَّكَاةَ وَاسْتَحَلَّ الْخَمْرَ ؛ وَالزِّنَا وَتَأَوَّلَ

Müəyyən bir şəxs hətta ona hüccət qalxmadıqca, təkfir olunmur. Məsələn necə ki, namazın və zəkatın vacibliyini inkar edir və içkini halal sayır və təvil edir.

Həmçinin, İmam Xattabi ümmətim 73-firqəyə bölünəcək hədisinin şərhində buyurur:

فيه دلالة على أنّ هذه الفرق كلّها غير خارجة من الدّين؛ إذ قد جعلهم النّبي كلّهم أمّته، وفيه أنّ المتأوّل لا يخرج من الملّة، وإن أخطأ في تأويله

Bu hədis ona dəlalət edir ki, bu firqələrin heç biri dindən xaric olmamışdır, çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onları ümmətim adlandırmışdır. Həmçinin, hədis ona dəlalər edir ki, təvilçi təvilində xəta etsə də, dindən çıxmır.

Son olaraq isə şeyxul İsləm İbn Teymiyyənin “Minhəcus-Sunnə” kitabındakı sözünü zikr edək:

وأما مسائل العقائد فكثير من الناس كفّر المخطئين فيها، وهذا القول لا يعرف عن أحد من الصّحابة والتّابعين لهم بإحسان، ولا عن أحد من أئمة المسلمين، وإنما هو في الأصل من أقوال أهل البدع

Əqidə məsələlərinə gəldikdə isə, əksər insanlar bu məsələdə xəta edənləri təkfir edirlər, hansı ki, bu cür etmək, nə səhabələrdən nə tabiinlərdən, nə də ki, imamlardan gəlməmişdir. Bu cür etmək bidət əhlinin sözlərindən və onların üsullarındandır.

Yenə eyni adlı kitabında buyurur:

ولا يلزم إذا كان القول كفراً أن يكفر كلّ مَن قاله مع الجهل والتّأويل؛ فإنّ ثبوت الكفر في حقّ الشّخص المعيّن كثبوت الوعيد في حقّه وذلك له شروط وموانع

Əgər bir kəsin sözü küfrdürsə, bu o demək deyil ki, dərhal həmin kəsi təkfir etməlisən. Xeyr! Bu belə deyildir. İnsan cahil və təvilçi ola bilər. Ona görə də, bir kəsə kafir demək onu vaidlə müjdələməkdir, bunun isə maneələri və şərtləri vardır.

Həmçinin qeyd edək ki, haqqında danışdığımız məsələlərin hər biri müsəlmana aid olan məsələlərdir. Çünki bilirik ki, müəyyən insanın iki halı vardır, həmin kəs ya müsəlman, ya da əsli kafir olur. Əsli kafir, yəni nəsrani, yəhudi və s. Müsəlman üçün qeyd etdik ki, əgər o, şirk və ya küfr edibsə, dərhal təkfir edilmir.

O ki qaldı, əsli kafir olana, yəni hər hansısa yəhudi və ya nəsraninin hökmünə, bunların iki halı vardır:
1- Əsli kafir olan, yəni hər hansısa bir nəsrani və yəhudi bizim Peygəmbəri (sallAllahu aleyhi və səlləm) eşidib iman gətirməyibsə, o əbədiyyən cəhənnəmlikdir.
2- Bizim Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) eşitmədən, İslam dini haqqında da heç bir məlumatı olmadan ölən bir kəsin hökmü isə fitrət əhlinin hökmündədir, yəni, onlar Qiyamət günü imtahan olunacaqlar. Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:

لَا يَسْمَعُ بِي مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ ثُمَّ لَا يُؤْمِنُ بِي إلَّا دَخَلَ النَّارَ

Elə bir yəhudi və ya nəsrani olmayacaq ki, məni eşitsin və sonra mənə iman gətirməsin və Allah təala da onu cəhənnəmə atmasın.

Yəni, hər hansısa bir nəsrani və ya yəhudi bizim Peyğəmbəri (sallAllahu aleyhi və səlləm) eşitdikdən sonra, Ona iman gətirməsə cəhənnəmə düşəcəkdir. Burada eşitmək, hüccət mənasındadır.

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [97 KB] Yüklə – PDF [258 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər