• Çərşənbə axşamı , 17 Oktyabr 2017
Yalançı Ticaninin iftirasına cavab

Yalançı Ticaninin iftirasına cavab

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Rafizilər adətən Peyğəmbərin – (sallAllahu aleyhi və səlləm) – “Həqiqətən bu (Əli ibn Əbu Talib) mənim qardaşım, vəsiyyət etdiyim və məndən sonra mənim xəlifəmdir.” – hədisinə əsaslanaraq: “Bu hədis Əlinin (radıyAllahu anhu)–Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) sonra Onun vəsiyyəti və xəlifəsi olduğuna açıq-aşkar bir dəlildir.”

Necə ki, Müasir şiənin ən böyük alimlərindən sayılan Ticani və həmçinin digərləri də, bu hədisə əsaslanaraq xəlifənin məhz Əli ibn Əbu Talibin (radıyAllahu anhu) olduğunu və digər Raşidi xəlifələrin xilafətininin batil olduğunu iddia etmişdir.

Ticani deyir:
“Elm əhlinə görə bu hədis Peyğəmbərliyin əvvəlinə aid və həmçinin Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) möcüzələrindən olan hədislərdəndir.”

Bu batil iddia cavab olaraq deyirəm ki, bu hədis yalan və uydurmadır. Bu hədis heç bir hədis kitabında, nə Səhihlərdə, nə Sünənlərdə, nə də Musnədlərdə sabit olmamışdır. Bu hədisin uydurma olmasını böyük hədis alimləri isbat etmişdirlər.
İbnul Cəuzi (rahiməhullah) bu hədis haqqında buyurmuşdur:
Bu hədis uydurmadır! (əl-Movduat, 1/259)

Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) bu hədis haqqında buyurmuşdur:
Bütün elm əhli bu hədisin yalan və uydurma olması haqda ittifaq etmişdir. Necə ki, İbn Həzm bu və buna bənzər haqqında “Bu hədislər uydurmadır. Hədis elmindən, səhih və zəif hədislərdən anlayışı olan bir kəs, bu və buna bənzər hədislərin zəif olduğuna şübhə etməz.”- demişdir. İbn Həzm çox doğru vurğulamışdır. Həqiqətən də, hədis elmindən anlayışı olan bir kəs, bu hədislərin zəif olduğunu anlayar. Bu hədislər nəinki zəif, hətta yalan və uydurmadır. Məhz bu səbəbdən, elm əhlindən bu hədisləri öz kitabında zikr edən olmamışdır. Əksinə bu hədislər, pis, kasad və zəif kitablarda zikr edilmişdir. (Minhəc əs-Sunnə, 7/354)

Həmçinin İbn Teymiyyə (rahiməhullah) buyurur:
Bu hədis müsəlmanların nəql elmində faydalandığı heç bir kitabda mövcud deyildir. Etibarlı isnadları olan kitablarda, yəni, Səhihlərdə, Musnədlərdə və Sünənlərdə bu hədis zikr edilməmişdir… (daha sonra buyurur) Mötəbər hədis əhlinə görə bu hədis yalandır. Bu hədisin yalan və iftira olduğunu bilməyən, bircə alim belə yoxdur!(Minhəc əs-Sunnə, 7/299-302)

İmam Zəhəbi (rahiməhullah) Mətr İbn Meymunə əl-Əskafın tərcümeyi-halında bu hədisin uydurma olduğunu söyləmişdir. İmam Zəhəbi buyurur:
Hədisin ravisi ittiham edilmiş, Mətr onu qəbul etməmişdir. (Mizənul İtidal, 4/128)

İmam Suyuti buyurmuşdur:
Uydurmadır, Mətr onu pisləmişdir! (Uydurma hədislər, 1/326)
İmam Şəukəni (rahiməhullah) bu hədisi “Fəcaidul-Məcmua” kitabında uydurma hədislərin sırasında sadalamış və elm əhlinin bu hədis haqqında mülahizələrini zikr etmişdir. (Fəvaidul Məcmuə fi Əhədisul Məudua, 1/326)

Beləcə, aydın olur ki, bu hədisin heç bir əsli yoxdu, o yalan və uydurmadır. Necə ki, bu haqda elm əhli, tədqiqatçılar və hədis elmi, onun isnadları ilə məşğul olan alimlər ittifaq etmişdir.

Lakin təəccüblü olan odur ki, bu rafizi, yəni Ticani, necə də bu yalanı danışmağa cürət etmişdir?! Axı bu hədislər əslən batil və uydurma hədis olaraq məşhurlaşmışdır. O, isə bu hədislərin Əhli-Sünnə mənbələrində səhih adlandırıldığını iddia etmişdir. Ticani deyir:
Mən öz nəsfimsən əhd aldım ki, bu uzun və çətin bəhsdə gətirdiyim dəlillər hər iki tərəfin, həm Əhli-Sünnənin, həm də şiələrin ittifaq etdiyi səhih hədislər olsun! (Sonra haqq yolunu tapdım, səh. 88)

Həmçinin Ticani deyir:
Bu kitabda gətirdiyim hədislər Əhli-Sünnənin səhih hesab etdiyi hədislərdir. Mən haqqında hər iki firqənin ittifaq etdiyi hədisləri zikr edəcəyəm. (Sonra haqq yolunu tapdım, səh. 172)

Ey oxucu, bu müəllifin (Ticaninin) necə yalançı və iftiraçı olduğuna şahid ol! Ticani oxucunu aldadaraq, həmin kitabına, səhih hədislər adı altında elm əhlinin inkar etdiyi zəif və uydurma hədisləri toplamışdır. Bu yerdə Rasulullahın (sallAllahu aleyhi və səlləm) bu hədisi yerinə düşərdi:
“Əgər utanmırsansa, istədiyini et!” (Buxari, 6/515/3483)

Müəllif: Rəşad Hümbətov

Sonda Həmd olsun aləmlərin Rəbbi olan Allaha!

Yüklə – DOC [46 KB] Yüklə – PDF [151 KB]
TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər