• Çərşənbə, Dekabr 19th, 2018 1:50
Quran və Sünnədə LƏNƏT | Kamal Hüseyn

Quran və Sünnədə LƏNƏT | Kamal Hüseyn

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT

Sələfi Salihin Əqidəsi

Quran və Sünnədə LƏNƏT

TOPLAYAN VƏ TƏRTİB EDƏN: K.HÜSEYN
KİTABIN BÜTÜN HAQLARI QORUNUR

Yüklə – DOC [0.2 MB] Yüklə – PDF [0.4 MB]

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

ÖN SÖZ

Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Məhəmməd onun qulu və elçisidir.

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Ali-İmran 102).

«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən-Nisa 1).

«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71).

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səllallahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır .

«Ey Rəbbim! köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar». (Ta ha 25–28).

Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səllallahu aleyhi və səlləm – in yoluna uyaraq öz risaləmi «Bismilləh» ilə başlayıram. Çünkü Allah Rəsulu – səllallahu aleyhi və səlləm – də öz məktublarını «Bismilləh» ilə başlamış və buyurmuşdu: «Hər mühüm bir işə «Bismilləh» ilə başlanılmazsa, o işin sonu kəsikdir».

Ən-ənəmizə sadiq olaraq Uca və Böyük olan Allahın izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan kitabları toplamağa davam edirik. Bu günkü mövzumuz günümüzdə ən aktual mövzu olan Quran və Sünnədə
LƏNƏT ilə bağlıdır.

Şovkani  deyir: “Allaha və Axirət gününə iman gətirən insanın
hər hansı müsəlmana onun İslam dinindən çıxması və küfrə batması ilə
bağlı əlində günəşdən daha aydın dəlil olmadan hökm verməsi
haramdır”.1(Seylul-Cərrar, 4/ 578.)
Qurtubi  deyir: “Kafir imanı küfrdən üstün tutması ilə
mömin olduğu kimi, mömin də küfrü özünə məqsəd edib onu
seçincəyə qədər icma tərəfindən kafir sayılmaz”.2(Qurtubi “Təfsir” 7/ 6128.)

Bu hökm digər əmələ – lənətə də aiddir. Bir kimsənin lənətə səbəb
olacaq bir əməli etməsinə görə dərhal lənətlənməz. Əhli-Sünnə vəlCəməa
ümumi hökm ilə xüsusi hökm arasında fərq qoymuşdur. Bu da
Quran və Sünnə ilə sabit olan bir məsələdir. Peyğəmbər  də ümumi
hökm ilə xüsusi hökm arasında fərq qoymuşdur. Peyğəmbər 
buyurur: “Cəbrail yanıma gəlib buyurdu: “Ey Muhəmməd! Həqiqətən,
Allah sərxoşedici içkiyə, onu düzəldənə və düzəltdirənə, onu içənə,
onu daşıyana və daşıtdırana, onu satana və alana, onu süzənə və
süzdürənə lənət etmişdir”.3 (Əhməd, 2899; əl-Hakim, 223; İbn Hibban, 5356. əl-Albani “Silsilətul-Əhədisis-Saha”da (839) səhih
olduğunu bildirmişdir.)

TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər

Comments are closed.