• Çərşənbə axşamı, Noyabr 20th, 2018 19:30
SON MƏSƏLƏLƏR ətrafında MUMEYYİLƏRİN TƏLBİSLƏRİNƏ qısa münasibət

SON MƏSƏLƏLƏR ətrafında MUMEYYİLƏRİN TƏLBİSLƏRİNƏ qısa münasibət

KİTAB - Buxari və Muslimin ittifaq etdiyi hədislər

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

Təyyar Xəlilov qardaşımızdan SON MƏSƏLƏLƏR ətrafında MUMEYYİLƏRİN TƏLBİSLƏRİNƏ qısa münasibət.

1. VÜQAR QURBANOVUN TƏLBİSİ HAQQINDA.
Vüqar Qurbanova baxıram, nə cür təlbis edir, SubhənAllah. “Bizim yolumuz aydındır” deyir. XƏTA MƏSƏLƏSİNİ GƏTİRİB BİDƏT ƏHLİNİN TƏRƏFİNİ TUTUR, CƏRH TƏRƏFİ GƏTİRİB SƏLƏFİLƏRİ VURUR. Təlbis edir.
Bunların gözünə batil haqq kimi görsənir. Necə ki, Samirinin (Taha surəsi, 96-cı ayə) gözünə görsənir.

O (Samiri) dedi: “Mən onların görmədiklərini gördüm. Mən o Elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. NƏFSİM MƏNİ BUNA SÖVQ ETDİ.”

Taha surəsi, 96-cı ayə.


2. BELƏLƏRİ GƏNC SƏFEHLƏRDİR !!!.

Elə bilirsiniz ki, onlar (mumeyyilər və yaxud xəvaric qa’diyyələr) şeyx Muhamməd Hədi məsləsində haqqı güdürlər? Xeyr! Sadəcə öz batillərinə bununla don geyindirmək istəyirlər. Necə ki, bir neçə il əvvəl xəvariclər şeyx ibn Teymiyyədən, Fauzandan, Əlbənidən, ibn Useymindən və s. sələf alimlərindən -Allah onları bağışlasın- istifadə edərək camaatı azdırırdılar. İndi də bunlar guya sələfidirlər, guya sələf şeyxlərinin qayğısına qalırlar və onların yanındadırlar.

Elə bil uşaq başı aldadırlar.

BELƏLƏRİ GƏNC SƏFEHLƏRDİR !!!


3. MUMEYYİLƏRİN TƏLBİS DOLU MƏQALƏLƏRİ HAQQINDA.

Birincisi, bunu yazan çox cahil və əxlaqsız adamdır.

İkincisi, burda (niyyət və məqsəd) haqqı üzə çıxarmaq yox, həmişə olduğu kimi şeyxi, sələfi qardaşları vurmaqdır.

Üçüncüsü, bu hələ məsələni tutmayıb ki, *AZƏRBAYCANDA OLAN SƏLƏFİLƏR, ŞEYX QAMƏT DƏ BAŞDA OLMAQLA NƏ CƏRH EDƏNİ CƏRH EDİB, NƏDƏ Kİ, CƏRH OLUNANI MÜDAFİƏ EDİB.* Sadəcə müəyyən bir vaxta qədər səbrlə gözləmək mövqeyini tutublar və hamıya da nəsihət olunub ki, balacalar böyüklər haqqında danışmasın.

Dördüncüsü isə, bu mumeyyilərin tələsməsi və belə uzun uzadı məqalə yazması XƏVARİC Adili və onun ətrafında olanları müdafiə etmək üçündür.


Yazdı: TƏYYAR XƏLİLOV . 18/10/2018

TƏKFİR FİTNƏSİ - ƏHLİ SÜNNƏTİN TƏKFİR MƏSƏLƏSİNDƏ MÖVQEYİ

Digər faydalı dərslər

Comments are closed.